Prezident İlham
Əliyevin doğum günü
münasibətilə hazırlanmış videoçarxın
təqdimatı olub
Dekabrın
24-də Yeni Azərbaycan Partiyasının sədri, Prezident
İlham Əliyevin ad günü münasibətilə YAP Gənclər
Birliyi (YAP GB) tərəfindən hazırlanmış videoçarxın
təqdimatı keçirilib.
YAP GB-dən AZƏRTAC-a bildiriblər ki, Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov tədbirdə çıxış edərək müasir müstəqil Azərbaycanın dinamik inkişafının, qazandığı mühüm uğurların güclü liderlik amili ilə bağlı olduğunu vurğulayıb. O qeyd edib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilməyə başlandığı 2003-cü ildən ötən müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli tərəqqi dövrü kimi daxil olub. Gənc dövlətimizin möhkəm əsaslar üzərində qurulması, həyata keçirilən strategiya nəticəsində qazanılan nailiyyətlər məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir.
“Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlətimizin başçısının 2003-cü ildə andiçmə mərasimində hər bir azərbaycanlının Prezidenti olacağını bəyan etmişdi. Təqdim olunan videoçarxda məhz İlham Əliyevin hər bir Azərbaycanlının Prezidenti kimi fəaliyyəti diqqətə çatdırılır”, - deyə Seymur Orucov bildirib.
Videoçarx tədbir
iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Azərbaycan. - 2015.- 25 dekabr.- S.4.