Rusiya
Federasiyası Federal Məclisi Dövlət
Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiya
inteqrasiyası və həmvətənlərin işləri
üzrə komitəsinin sədri Leonid
Slutskidən
Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab
İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu,
Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Siz qeyri-adi, parlaq, ruhən güclü insanlar çevrəsinə aidsiniz. Öz bilik, bacarıq və təcrübənizi daim Vətənə xidmətə yönəldirsiniz. Atanız, ulu öndər Heydər Əliyevin müdrik siyasətini layiqincə davam etdirməklə Siz nadir çalışqanlıq əzmi, qüsursuz vətəndaşlıq və həyat mövqeyi nümunəsi göstərirsiniz. Azərbaycan dövlətinin və cəmiyyətinin təhlükəsizliyinin təmin olunmasına sanballı şəxsi töhfələr verirsiniz.
Bu gün dünya siyasətini çalxalayan proseslər şəraitində üzərinizə böyük məsuliyyət düşür. Amma mən əminəm ki, Siz bütün çətin məqamları dəf etməyə müvəffəq olacaqsınız, Azərbaycan xalqının maraqlarına uyğun, regional və beynəlxalq sülhün və sabitliyin möhkəmlənməsi, yeni çağırış və təhlükələri aradan qaldırmaq üçün yenə də məqbul qərarlar və həll yolları tapacaqsınız. Heç şübhəsiz, Siz Vətən qarşısında borcunuzu bundan sonra da şərəflə yerinə yetirəcək, yeni mühüm nailiyyətlər əldə edəcəksiniz. Aramızda yaranan qarşılıqlı anlaşma və etimadı yüksək qiymətləndirirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə, mehriban ailənizə və Sizin simanızda bütün zəhmətsevər Azərbaycan xalqına ürəkdən möhkəm cansağlığı, firavanlıq, uğurlar və xoş günlər arzulayıram.
Səmimi qəlbdən,
Leonid Slutski
Rusiya Federasiyası Federal
Məclisi Dövlət Dumasının Müstəqil Dövlətlər
Birliyi,
Avrasiya inteqrasiyası və həmvətənlərin
işləri üzrə komitəsinin sədri
Azərbaycan. - 2015.- 26 dekabr.- S.1.