Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Biz Sizi Azərbaycan xalqının inkişafına və firavanlığına yönəlmiş, ölçülüb-biçilmiş siyasət yürüdən müdrik siyasi xadimöz ölkəsinin vətənpərvər oğlu kimi tanıyırıq.

Əminəm ki, Sizin sayənizdə Azərbaycan Respublikası bundan sonra da dövlətçiliyin və demokratik təsisatların təkmilləşdirilməsi, davamlı iqtisadisosial inkişaf yolu ilə inamla irəliləyəcək.

Şübhə etmirəm ki, xalqın Sizə göstərdiyi daimi dəstək və etimad, respublika vətəndaşlarının həyatını daha da firavanlaşdırmaq səyləriniz bundan sonra da ali dövləti fəaliyyətinizdə uğurlarınıza şərait yaradacaq.

İcazə verin, bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, doğmalarınıza xoşbəxtlik və firavanlıq diləyim.

Hörmətlə,

 

Ruslan Edelgeriyev

Rusiya Federasiyası Çeçenistan Respublikası

Hökumətinin sədri

 

Azərbaycan. - 2015.- 26 dekabr.- S.1.