Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi, xalqlarımız arasında çoxillik qarşılıqlı anlaşmaya və dəstəyə əsaslanan əməkdaşlığın davam etdirilməsinə görə səmimi minnətdarlığımızı qəbul edin.

Biz Sizin qonaqpərvərliyinizə yaxşı bələdik. Azərbaycan torpağında – Sizin doğulub boya-başa çatdığınız, biliklərinizi, həyati və dövlətçilik təcrübənizi səxavətlə sərf etdiyiniz diyarda Sizinlə artıq ənənəyə çevrilmiş görüşlərimizi ən xoş hisslərlə xatırlayırıq. Bu gün Sizin rəhbərliyiniz ilə Azərbaycan dünyada getdikcə daha layiqlinüfuzlu yer tutur. Ölkənizin iqtisadi inkişafı, yüksək mənəvi və əxlaqi ab-havanın qorunub saxlanması, elmin, təhsilin, mədəniyyətin tərəqqisi qarşıya qoyulmuş planların həyata keçirilməsinə ardıcıl surətdə və inamla nail olan bir lider kimi şəxsən Sizin böyük xidmətlərinizin təsdiqidir. Siz dünya miqyaslı siyasi xadim kimi milli və beynəlxalq layihələrin həyata keçirilməsində həmişə müdrikliksağlam düşüncə nümayiş etdirirsiniz. Bu isə indiki şəraitdə dövlət rəhbərindən həqiqətən çox böyük fədakarlıq, ardıcıl səylər və qətiyyət tələb edir.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, şərəfli və məsuliyyətli işinizdə uğurlar, gözəl ailənizə xoşbəxtlik və firavanlıq arzulayırıq.

Dərin hörmətlə,

 

Sergey Mixaylov

Rusiyanın TASS agentliyinin baş direktoru,

 

Mixail Qusman

Baş direktorun birinci müavini

 

Azərbaycan. - 2015.- 26 dekabr.- S.2.