“Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
32-ci bəndini rəhbər
tutaraq, Azərbaycan Turizm və Menecment Universitetinin fəaliyyətini təmin
etmək məqsədi
ilə qərara alıram:
1. “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”
təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası
Prezidentinin aktlarının
bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
2.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını
üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.4. bu fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
3. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi:
3.1. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin;
3.2. Azərbaycan Turizm
və Menecment Universitetinin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr
2015-ci il
Azərbaycan. - 2015.- 26 dekabr.-S. 2.