Fərdi jurnalist yazıları müsabiqəsində I yerə layiq görülən media nümayəndələri mükafatlandırılıb

 

Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülən media nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış media təmsilçilərinin iştirak etdikləri tədbir dövlət himninin səslənməsi ilə başlayıb.

Fondun icraçı direktoru Vüqar SƏFƏRLİ media nümayəndələrini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edərək, onlara yeni yaradıcılıq uğurları arzulayıb. O, 2015-ci ildə mətbuatın maddi-texniki problemlərinin həlli, ölkə jurnalistlərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd edilib ki, bu il ölkəmiz üçün bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Onlardan biri də milli mətbuatımızın 140 illik yubileyinin təntənəli şəkildə qeyd olunmasıdır. Yubiley münasibətilə 180 jurnalist fəxri adlar, medallar, ordenlər diplomlarla mükafatlandırılıb. İl ərzində ümumilikdə 34 qəzet maliyyələşdirilib bu yardım sayəsində Azərbaycanda müxtəlif sahələrin təbliği ilə bağlı 6 min səhifədən çox yazı yazılıb. Fond tərəfindən il ərzində 11 yazı müsabiqəsi keçirilib. Buraya dövlət qurumları icra hakimiyyətləri ilə birgə keçirilən müsabiqələr daxildir. Müsabiqələrdə 600-dən çox jurnalist iştirak edib, 450-yə yaxın media nümayəndəsi mükafatlandırılıb. Budəfəki müsabiqədə isə 60 media orqanından 19 istiqamət üzrə ümumilikdə 156 yazı təqdim olunub. Qiymətləndirmə nəticəsində 113 qalib müəyyənləşib. Bir müddət əvvəl II III yerlərin qalibləri mükafatlandırılıb. İndi isə I yerin qaliblərinə mükafatlar təqdim olunacaq.

V.Səfərli Azərbaycanda medianın inkişafına göstərdiyi diqqət qayğıya görə Prezident İlham Əliyevə jurnalistlər adından minnətdarlığını bildirib.

Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HƏSƏNOV çıxış edərək deyib ki, 2015-ci il Azərbaycan milli mətbuatı ümumilikdə milli kütləvi informasiya vasitələri üçün uğurlu il olub əlamətdar hadisələrlə yadda qalıb.

Əli Həsənov qeyd edib ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan söz məlumat azadlığının daha da inkişaf etdirilməsi, KİV-lərin sərbəst fəaliyyətinə hərtərəfli dövlət dəstəyi sayəsində milli informasiya resurslarının kəmiyyət keyfiyyət göstəriciləri daha da yüksəlib, onlar öz əhatə dairəsini auditoriyasını genişləndirməyə müvəffəq olub, beynəlxalq informasiya məkanının fəal iştirakçısına çevriliblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Azərbaycan mediasının inkişafı məsələlərini diqqət mərkəzində saxlayıb, onun problemlərinə xüsusi həssaslıqla yanaşıb kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafına zəruri dəstək verib.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, hazırda Azərbaycanda 5000-dən artıq KİV uçota götürülüb ya müvafiq dövlət orqanında qeydiyyatdan keçib. Ölkədə 50-dən çox televiziya radio kanalı, 300-ə yaxın dövri mətbu nəşr, 100-dən artıq jurnal, onlarla informasiya agentliyi, jurnalist təşkilatı, yayım şirkəti, 300-dən çox fəal internet saytı fəaliyyət göstərir.

Azərbaycan Respublikası PrezidentininAzərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 iyun tarixli Sərəncamına əsasən Azərbaycan milli mətbuatının 140 illiyi ilə əlaqədar yubiley tədbirlərinin keçirilməsinə dair Tədbirlər Planı təsdiq olunub. Tədbirlər planına uyğun olaraq Zərdab, Masallı, Qəbələ, Quba rayonlarında Gəncə şəhərində regional konfranslar keçirilib. Bundan başqa, Bakı Dövlət Universiteti, Mədəniyyət Turizm Nazirliyi, habelə rayon şəhər icra hakimiyyətləri milli mətbuatın 140 illiyi ilə əlaqədar konfranslar təşkil ediblər.

Əli Həsənov deyib ki, dövlətimizin başçısının Sərəncamına uyğun olaraq Prezident Administrasiyasına redaksiyalardan jurnalist təşkilatlarından KİV əməkdaşının dövlət mükafatlarına layiq görülməsi ilə bağlı 800-dək təqdimat daxil olub. Azərbaycan Prezidentinin 2015-ci il 15 iyul tarixli sərəncamlarına əsasən Azərbaycan milli mətbuatının inkişafında xidmətlərinə görə 180 nəfər KİV əməkdaşına müxtəlif dövlət mükafatları fəxri adlar verilib. Onlardan 2 nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdünə, 1 nəfər 2-ci dərəcəliVətənə xidmətə görəordeninə, 4 nəfər 3-cü dərəcəliVətənə xidmətə görəordeninə, 44 nəfərƏməkdar jurnalistfəxri adına, 17 nəfərƏməkdar mədəniyyət işçisifəxri adına, 91 nəfərTərəqqimedalına 21 nəfər Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomuna layiq görülüb.

İyulun 22-də Gülüstan Sarayında keçirilmiş təntənəli mərasimdə mükafatlar həmin şəxslərə təqdim olunub. Bundan başqa, KİV əməkdaşlarına Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Mətbuat Şurası ayrı-ayrı şirkətlərin qiymətli mükafatları verilib.

İyulun 21-də Prezident İlham Əliyev Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvlərini qəbul edib geniş nitq söyləyib. Dövlətimizin başçısı Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna nəzər salıb, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi, mövcud problemlər onların həlli ilə bağlı öz dəyərli fikirlərini bölüşüb.

Prezidentin köməkçisi vurğulayıb ki, kütləvi informasiya vasitələrinin əməkdaşları 2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə fəal iştirak edib, bir çox KİV nümayəndəsi öz namizədliyini irəli sürüb, onlardan 11 nəfəri Milli Məclisə deputat seçilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu kütləvi informasiya vasitələrinə dövlət dəstəyini davam etdirib, 34 redaksiyaya yüksək məbləğdə maliyyə dəstəyi ayrılıb. Bundan başqa, Fond Novruz bayramı, Milli Mətbuat Günü Yeni illə əlaqədar 3, habelə ayrı-ayrı dövlət orqanları ilə 8 fərdi jurnalist yazıları müsabiqəsi keçirib, yüzlərlə jurnalist pul mükafatlarına layiq görülüb.

Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilib, ölkədə söz məlumat azadlığının daha da inkişaf etdirilməsi, KİV-lərin müstəqilliyinin gücləndirilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilib.

Əli Həsənov diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq jurnalistlər üçün inşa edilmiş 156 mənzilli binanın sənədləşdirmə işləri başa çatdırılıb dekabrın 24-də jurnalistlərə müvafiq özəlləşmə sənədləri təqdim edilib.

Jurnalistlər üçün digər 256 mənzilli binanın tikintisi davam etdirilib. Mənzillərin 2016-cı ildə jurnalistlərə verilməsi planlaşdırılır.

Prezidentin köməkçisi vurğulayıb ki, söz məlumat azadlığı Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissəsidir qarşıdan gələn dövrdə Azərbaycan dövləti KİV-lərin müstəqilliyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək. Lakin KİV-lər yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verməməli, daha peşəkar, məsuliyyətli olmalı, Azərbaycan cəmiyyətinin inkişafına, ümummilli məsələlərin həllinə dəyərli töhfələr verməlidirlər.

Prezident Administrasiyasının rəsmisi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü Yeni il münasibətilə mətbuat işçilərini təbrik edib, onlara uğurlar arzulayıb.

Tədbirdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun AMAŞOV çıxış edərək Azərbaycan mətbuatının keçdiyi tarixi inkişaf yoluna nəzər salıb jurnalistləri qarşıdan gələn əlamətdar günlər münasibətilə təbrik edib.

Sonra müsabiqədə birinci yerə layiq görülən jurnalistlərə mükafatlar təqdim olunub.

Mükafat alanlar arasında AZƏRTAC-ın əməkdaşı da var.

Tədbir bədii hissə ilə davam edib.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 26 dekabr.- S. 2.