“Azərbaycan
Respublikasında qeyri-infeksion xəstəliklərlə
mübarizəyə dair 2015-2020-ci illər
üçün Strategiya”nın təsdiq
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” təsdiq edilsin (əlavə olunur).
2. Bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın icrasının gedişi barədə hər il üzrə növbəti ilin aprel ayının 1-dək Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim etsin;
3.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
23 dekabr
2015-ci il
Azərbaycan. - 2015.- 27 dekabr.- S.2.