Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident,
İcazə verin, Sizi doğum gününüz və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Rusiya Notariuslar Assosiasiyası adından və şəxsən öz adımdan ürəkdən təbrik edim, Sizə möhkəm cansağlığı və doğma Azərbaycanın çiçəklənməsi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edim.
Yeni il ərəfəsində bu əlamətdar tarixləri qeyd etmək hər bir azərbaycanlı üçün xoş ənənəyə çevrilib. İcazə verin, qarşıdan gələn yeni 2016-cı il münasibətilə Sizi təbrik edim və ən səmimi arzularımı çatdırım.
Başa çatan il Azərbaycanın növbəti əlamətdar nailiyyətləri ilə yadda qalıb. Bakıda keçirilən birinci Avropa Oyunları Azərbaycan dövlətinin uğurlarını və imkanlarını, xalqımızın böyüklüyünü bütün dünyaya nümayiş etdirib, dünya mədəniyyəti və idmanı tarixində daimi yerini tutub.
Bu gün bütün dünya birliyi kimi tarixi Vətənimiz də çətin bir dövr yaşayır. Təbii ki, dünyada baş verən qlobal iqtisadi, siyasi proseslər və problemlər son illər beynəlxalq siyasətin əhəmiyyətli amilinə, regionun liderlərindən birinə çevrilən Azərbaycan Respublikasından da yan keçə bilməzdi.
Amma biz Yeni ili nikbinliklə qarşılayırıq və inanırıq ki, Tanrının xeyir-duası və Sizin rəhbərliyiniz ilə Azərbaycan xalqı bu sınaqlardan şərəflə çıxacaq, dövrün çətinliklərini müvəffəqiyyətlə dəf edəcək və dünyanın inkişaf etmiş ölkələri sırasındakı mövqeyini möhkəmləndirəcək. Xalqımızın əməksevərliyi və fədakarlığı, Prezidentimizin siyasi xadim kimi həyat təcrübəsi, dərin bilikləri, yüksək peşəkarlığı və mənəvi gücü bütün bunların rəhni olacaq.
Möhtərəm İlham Heydər oğlu, icazə verin, doğum gününüz münasibətilə Sizi bir daha təbrik edim.
Qoy, qarşıdan gələn Yeni il Sizin üçün və bütün Azərbaycan xalqı üçün əlamətdar hadisələr, yeni xeyirxah işlər və nailiyyətlərlə zəngin uğurlu və firavan il olsun!
Sizə və doğmalarınıza ürəkdən möhkəm cansağlığı, xoşbəxtlik, gözəl Yeni il ovqatı arzu edirəm.
Hörmətlə,
professor Natiq Ağamirov
Rusiya Notariuslar
Assosiasiyasının sədri, Dünya Azərbaycanlılarının
Əlaqələndirmə Şurasının üzvü,
Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti
Azərbaycan. - 2015.- 27 dekabr.- S.4.