Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident,

Sizi doğum gününüz münasibətilə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) adından səmimi qəlbdən təbrik edirik.

Sizin Azərbaycan Respublikasını iqtisadisosial sahələri modernləşdirmək yolu ilə inamla irəliyə aparmaq siyasətinizi dəstəkləyir, Sizə bu yolda Qadir Allahdan uğurlar diləyirik.

Azərbaycanın hərtərəfli inkişafı, ordu quruculuğu, təhsil, idman və digər önəmli sahələrdə qazanılan uğurlar Sizin yorulmaz səylərinizin bəhrəsidir.

İki qardaş ölkə olan Azərbaycanın və Türkiyənin strateji tərəfdaşlıq münasibətlərinin inkişafına və möhkəmlənməsinə Siz xüsusi töhfə vermisiniz. Azərbaycan Türkiyə İş Adamları Birliyi olaraq Sizi əmin edirik ki, biz bu siyasəti daim dəstəkləyəcəyik.

Fürsətdən istifadə edərək, təşkilatımızın fəaliyyətinə verdiyiniz dəstəyə görə də Sizə bir daha təşəkkür edirik.

Bəşəriyyətə və ölkəyə xidmət edərək qədəm basdığınız bu yaşınızı bir daha ürəkdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik diləyir, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmətlə,

 

Cemal Yangın

ATİB İdarə Heyətinin sədri

 

Azərbaycan. - 2015.- 29 dekabr.- S.4.