Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə Sizi Dağıstan Respublikası Azərbaycanlılarının Yerli Milli-Mədəni Muxtariyyətinin kollektivi adından səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi, işinizdə uğurlar və Azərbaycanın daha da çiçəklənməsini arzu edirəm.
Siz Azərbaycan Respublikası və Azərbaycan xalqı üçün çox iş görmüş, çətin dövrdə respublikada sabitlik yaratmış, ölkənin müdafiə qabiliyyətini, sosial mühiti möhkəmlətmiş, elmdə ən yaxşı nəticələrə nail olmuş, layiqli vətəndaş cəmiyyəti yaratmısınız.
Biz Sizin bütün uğurlarınıza sevinirik. Biz Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluğu möhkəmlətməyə çalışır, millətlərarası münasibətlərin möhkəmlənməsi üçün nə mümkündürsə edirik.
Hər şey üçün sağ olun.
Rakif Əzizov
Rusiya Federasiyası Dağıstan
Respublikasının
Azərbaycanlılarının
Yerli Milli-Mədəni Muxtariyyəti adından hörmətlə,
Azərbaycan. - 2015.- 30 dekabr.- S.2.