Məşhur Luvr muzeyində naxçıvanlı sənətkarın əl işi nümayiş olunur

 

Azərbaycan incəsənəti xalqımızın tarixi qədər qədim və zəngindir. Qobustanın qaya təsvirləri, Qafqaz Albaniyasının bədii keramikametal məmulatı, bədii şüşə və oyma, orta əsrlərdə dünya şöhrəti qazanmış Təbriz miniatür kaşı sənəti nümunələri, rəngarəng xalçalar, tikmələr, şirli saxsı qablar,  zərif oyma şəbəkələr və gözəl zərgərlik məmulatları - bütün bunlar bədii irsimizin çox zəngin olduğunun sübutudur.

Bədii metal sənəti bunlardan biridir. Tarixə nəzər salsaq görərik ki, metalişləmə sənətkarlığı sahəsində Azərbaycanın Beyləqan, Gəncə, Naxçıvan Təbriz şəhərləri mühüm mərkəzlərdən sayılıb. Naxçıvan isə dünyanın ilk qədim metal (mis) işləmə ocaqlarından biridir. Orta əsrlərdə misgərlik, zərgərlik, ipəkçilik, xalçaçılıq kimi sənətlər xüsusilə vüsət almış, yüksək sənətkarlıq zövq ilə hazırlanmış müxtəlif məişət əşyaları zərgərlik məmulatları geniş şöhrət qazanmışdır. Arxeoloji qazıntılar zamanı Naxçıvandan əldə olunan  bir sıra sənət nümunələri bunu bir daha təsdiq edir. Aparılmış elmi araşdırmalar göstərmişdir ki, bədii metal nümunələri 6 texniki üsulda bəzədilirdi: döymə, basma, qara savad, şəbəkə, xətəmkarlıq, minaçılıq.

Naxçıvanın yerləşdiyi areal  imkan verirdi ki, burada yaradılan sənətkarlıq məhsulları ticarət əlaqələri nəticəsində dünya bazarına çıxarılsın. Azərbaycan sənətkarlarının əsərlərinin Avropa, Asiya, Amerika qitəsindəki ölkələrin muzeylərinə yayılması da böyük tarixə malikdir. Onların bir çoxu ayrı-ayrı şəxslərdən alınmış, bəzilərini müxtəlif vaxtlarda ölkəmizdə olmuş əcnəbi səyyah, tacir, diplomat alimlər aparmış, bir qismi qarət olunmuşdur.

Dünyanın bir çox muzeylərində ədəbi, tarixi əsərlərimizlə yanaşı, çox nadir sayılan gümüş, mis bürüncdən düzəldilmiş bədii metal sənəti nümunələrimiz vardır. Bunların içərisində bürüncdən düzəldilmiş 1190-cı il tarixli orijinal fiqurlu bir qab xüsusilə diqqəti cəlb edir. Bu sənət əsəri hazırda Luvr muzeyinin birinci mərtəbəsində Şərq incəsənətinə aid salonun tən ortasında, şüşə kolpak keçirilmiş hündür bir kətil üstündə nümayiş etdirilir. Gümüşlə işlənən naxışlara malik, uzun dimdikli quşa bənzər bu bürünc qabın orijinallığı tək onun formasında deyil, həm bəzəklərindədir. 22 sm olan qabın üzərindəki bəzəklər üç müxtəlif ölçülü qurşaqlardan onların aralarındakı boşluqlarda yerləşdirilmiş medalyonlardan ibarətdir. Döymə cızma texniki üsulu ilə həkk olunmuş bu bəzəklər stilizə edilmiş nəbati ornament ünsürlərindən yazı nümunələrindən quraşdırılmışdır. Bu yazıların birində onu yaradan ustanın - Osman Salman oğlu Naxçıvani adı verilmişdir.

Luvr muzeyində olduğumuzda oranın necə böyük tarixi özündə mühafizə etdiyinin şahidi olduq. Həmyerlimizin əsərinin orada qorunması təsadüfi deyil, bu, sənət əsərinin üslubunun orijinallığını naxışların füsunkarlığına dəlalət edir.

Dünya şöhrətli Luvr muzeyində əsəri qorunan, dünyanın tamaşa etdiyi,  təəssüf ki, haqqında az məlumata sahib olduğumuz  Osman Salman oğlu Naxçıvani kimdir?

Bu haqda mənbələrdən oxuyuruq: rəssam, nəqqaş (XII əsr) Osman ibn Salman Naxçıvani bədii metal ustası olmuşdur.  O, incə naxışlı zərif qablar hazırlamaqla məşğul olmuş, bu sahədə tanınmışdır. Ona məxsus olan Naxçıvan bürünc dolçası Beyləqandan tapılıb. Qaynaqlarda XII əsrdə XIII əsrin əvvəllərində Beyləqanın Yaxın Şərqin məşhur sənətkarlıq, ticarət mədəniyyət mərkəzinə çevrilməsi ilə bağlı xeyli məlumatlar var. Naxçıvan dolçasının orada tapılmasının səbəbini bu tarixi fakt bir daha sübüt edir.

 

Nərgiz İSMAYILOVA,

Naxçıvan

 

Azərbaycan. - 2015.- 30 dekabr.- S.7.