Bir sıra birinci
instansiya məhkəmələri sədrlərinin
təyin edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin sədrləri təyin edilsinlər:
Nəbiyev Mahmud Yusif oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri
Əliyev Natiq Mürsəl oğlu - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri
Süleymanov Əli Ziya oğlu - Cəlilabad Hərbi Məhkəməsinin sədri
Kazımov Elçin Məmməd oğlu - Lənkəran Rayon Məhkəməsinin sədri
2. Bu sərəncam 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
30 dekabr 2015-ci il
Azərbaycan. - 2015.- 31 dekabr.- S.3.