Azərbaycan
Respublikası Ali Məhkəməsinin kollegiya sədrlərinin təyin edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Ali Məhkəməsinin aşağıdakı hakimləri həmin məhkəmənin kollegiya sədrləri təyin edilsinlər:
Şəlalə Ağakərim qızı Məmmədova - Mülki Kollegiyanın sədri
Hikmət Abbas oğlu Mirzəyev - İnzibati-İqtisadi Kollegiyanın sədri
Şahin Yaşar oğlu Yusifov - Cinayət Kollegiyasının sədri
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
30 dekabr 2015-ci il
Azərbaycan. - 2015.- 31 dekabr.- S.3.