Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Siz on iki ildir respublikaya rəhbərlik edirsiniz. Bu müddətdə Azərbaycan
sosial-iqtisadi inkişafda
nəzərəçarpacaq uğurlar qazanıb.
Energetika
sahəsində Rusiya-Azərbaycan
münasibətləri dinamik
inkişaf edir. Bizim tərəfdaşlığımızın əsasını 2014-cü ildə
Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində ““Rosneft” Neft Şirkəti”
ASC ilə SOCAR arasında
imzalanmış saziş
təşkil edir.
Məşhur Azərbaycan ədibi
Mirzə Fətəli
Axundzadə deyirdi: “Vətənpərvər Vətən
yolunda canını belə əsirgəməyən
insandır”. Azərbaycanın ümummilli lideri
və Rusiyanın həqiqi dostu Heydər Əlirza oğlu Əliyevin həyat yolu öz ölkəsinə və xalqına fədakarcasına xidmət
nümunəsi olub.
Xalqlarımızın dostluğunun möhkəmlənməsində
onun xidmətlərini
lazımınca qiymətləndirmək
çox çətindir.
O, həmişə belə
hesab edirdi ki, Rusiya və
Azərbaycan bir-birinə
kömək etməli,
bir-birini dəstəkləməlidir.
Bu gün tam əminliklə
deyə bilərik ki, onun müdrik
vəsiyyətləri həyata
keçirilir.
Sizə
və doğmalarınıza
möhkəm cansağlığı,
əmin-amanlıq, dost Azərbaycan
xalqına firavanlıq
və yeni-yeni uğurlar diləyirəm.
Dərin
hörmətlə,
İqor Seçin
““Rosneft” Neft Şirkəti” ASC-nin
idarə heyətinin
sədri
Azərbaycan. - 2015.- 31 dekabr.- S.3.