Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ¹ 390

 

¹ 390                                Bakı şəhəri, 18 dekabr 2015-ci il

 

Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ qiymətqoyma sisteminin onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)”nın 1.4.1.3-cü yarımbəndinin icrasını dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin dəyərinin cari smeta qiymətləri ilə müəyyən edilməsi üçün resurs metodunun tətbiq edilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. 2016-cı il iyulun 1-dən Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün yeni smeta-normativ qiymətqoyma sisteminin onun əsasında qiymətqoymanın resurs metodunun (bundan sonra - resurs metodu) hazırda tikintinin ehtimal olunan qiymətinin təyin edilməsində istifadə olunan 1991-ci ilin mövcud smeta-normativ bazası ilə paralel olaraq tətbiqinə icazə verilsin.

2. Nəzərə alınsın ki, resurs metodu tikintidə istifadə edilən materialların, məmulatların, konstruksiyaların, mebel-inventar avadanlıqların, həmçinin tikinti maşın mexanizmlərinin avtonəqliyyat vasitələrinin istismarının (bundan sonra - resurslar) mövcud cari qiymətlərinə, habelə tikintidə əməyin ödənilməsi üçün qüvvədə olan tarif dərəcələrinə əsaslanaraq tətbiq edilir.

3. “Tikintidə müqavilə qiymətlərinin hesablanmasında bazis-əmsal üsulunun tətbiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 4 sentyabr tarixli 200 nömrəli qərarı 2017-ci il iyulun 1-dən ləğv edilsin obyektlərin dəyərinin 1991-ci ilin bazis-smeta qiyməti əsasında qiymətləndirilməsi metodikasının tətbiqi dayandırılsın. Bununla əlaqədar olaraqAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 272 nömrəli qərarı 2017-ci il iyulun 1-dən ləğv edilsin.

4. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılsın ki:

4.1. yeni smeta-normativ qiymətqoyma sisteminə aid müvafiq texniki-normativ hüquqi aktların hazırlanıb təsdiq edilməsini Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsini 2016-cı il fevralın 15-dək təmin etsin;

4.2. dövlət element-smeta normaları toplularının cədvəllərində nəzərdə tutulmuş resursların cari qiymətinin müəyyən edilməsi üçün 20 (iyirmi) təqvim günü müddətində həmin resursların nomenklaturalarını tarif dərəcələrini hazırlayaraq:

4.2.1. materiallar, məmulatlar, konstruksiyalar, mebel-inventar avadanlıqlarla bağlı resurslar üzrə siyahının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə;

4.2.2. tikintidə əməyin ödənilməsi üçün tarif dərəcələri üzrə məlumatların Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinə;

4.2.3. tikinti maşın mexanizmlərinin avtonəqliyyat vasitələrinin istismarı üzrə siyahının (tikinti üçün yükdaşıma məsələləri daxil olmaqla) Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə təqdim edilməsini təmin etsin;

4.3. bu qərarın 5-ci hissəsində göstərilən məlumatlar təqdim edildikdən sonra cari qiymətlər əsasında resursların cari smeta qiymətlərinin hesablanmasını tikintidə əməyin ödənilməsi üzrə müvafiq məlumatların hazırlanmasını, onların təsdiq cari smeta qiymətləri toplularının çap edilməsini, həmin sənədlərin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini 2016-cı il iyunun 1-dək təmin etsin;

4.4. Azərbaycan Respublikasında inflyasiya dərəcəsində ya dövlət tərəfindən tənzimlənən qiymətlərdə baş verə biləcək dəyişikliklərlə bağlı, həmçinin digər səbəblərdən resursların əməyin ödənilməsi üzrə tarif dərəcələrinin qiymətlərində hər hansı dəyişiklik müşahidə edildiyi halda, ildə bir dəfədən az olmayaraq, həmin resurslar üzrə bu qərarın 5-ci hissəsində göstərilən dövlət orqanlarının müəyyən etdiyi yeni məlumatlar əsasında resursların cari smeta qiymətlərini yenidən hesablayaraq, onların təsdiq edilməsini təmin etsin;

4.5. 2 (iki) ay müddətində aidiyyəti dövlət orqanları ilə birlikdə üstəlik xərclər smeta gəliri üzrə normativlərin, “Tikilməkdə olan müəssisələrin digər obyektlərin müdiriyyətinin saxlanılması xərclərinin limitləri”nin (texniki nəzarətçinin saxlanılması xərcləri daxil olmaqla), həmçinin digər limitləşdirilmiş xərc normalarının hədlərini müəyyənləşdirib, təsdiq edilməsi üçün təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

5. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə, Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə tapşırılsın ki:

5.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən resursların nomenklaturaları əməyin ödənilməsi üzrə tarif dərəcələri təqdim edildikdən sonra aidiyyəti üzrə cari qiymətləri mövcud qaydalara uyğun olaraq müəyyənləşdirib, müvafiq məlumatları Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 2016-cı il martın 1-dək təqdim etsinlər;

5.2. resurs metodunun tətbiqinə başlanıldığı vaxtdan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq qaydada aidiyyəti üzrə təqdim olunacaq siyahılara əsasən resursların əməyin ödənilməsi üzrə tarif dərəcələrinin cari qiymətləri barədə məlumatları operativ qaydada hazırlayıb Fövqəladə Hallar Nazirliyinə təqdim etsinlər.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, yeni smeta-normativ qiymətqoyma sisteminə aid texniki-normativ hüquqi aktların tətbiqi təkmilləşdirilməsinə aid tədbirlərin resurs metodu üzrə müvafiq işlərin aparılması tənzimlənməsi ilə bağlı digər təşkilati məsələlərin maliyyələşdirilməsini təmin etsin.

7. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, bu qərardan irəli gələn digər məsələləri həll etsinlər.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2015.- 31 dekabr.- S.5.