Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 394 Bakı şəhəri,
21 dekabr 2015-ci il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2003-cü il 12 iyun tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın
aparılması Qaydaları”nda
dəyişikliklər edilməsi
haqqında
“Azərbaycan Respublikasının
Vergi Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2012-ci il
21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 29
dekabr tarixli 802 nömrəli Fərmanının
1.3-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2003-cü il
12 iyun tarixli 82 nömrəli qərarı
ilə təsdiq edilmiş “Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən
inventarizasiyanın aparılması
Qaydaları”nın 1.3-cü bəndində aşağıdakı
dəyişikliklər edilsin:
1. İkinci abzasdan “sonuncu” sözü çıxarılsın.
2. Dördüncü abzasda nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda beşinci abzas əlavə edilsin:
“vergi ödəyicisində
əmlak vergisinin hesablanmasının və
ödənilməsinin düzgünlüyü
yoxlanıldıqda”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2015.- 31 dekabr.- S.5.