Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 395 Bakı
şəhəri, 22 dekabr
2015-ci il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 14 iyul tarixli 136 nömrəli qərarı
ilə təsdiq edilmiş “Nizamnamə kapitalında dövlətə
məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə
və səhmdar cəmiyyətlərində həmin
payların (səhmlərin)
idarə olunması Qaydaları”nda dəyişikliklər
edilməsi barədə
“Azərbaycan Respublikasının
Mülki Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2015-ci il
15 may tarixli 1283-IVQD nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2015-ci il 22 may tarixli
1239 nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 14 iyul tarixli 136 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, ¹ 7, maddə 669, ¹ 11, maddə
1076; 2006, ¹ 1, maddə 59; 2007, ¹ 8, maddə 854; 2009, ¹ 10, maddə
846) ilə təsdiq edilmiş “Nizamnamə kapitalında dövlətə
məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə
və səhmdar cəmiyyətlərində həmin
payların (səhmlərin)
idarə olunması Qaydaları”nda aşağıdakı
dəyişikliklər edilsin:
1. 10-cu hissənin səkkizinci abzası doqquzuncu abzas hesab olunsun
və həmin hissəyə aşağıdakı
məzmunda səkkizinci
abzas əlavə edilsin:
“hüquqi şəxsin
xalis aktivlərinin dəyərinin 25 faizindən
artıq məbləğdə
olan əqdin (xüsusi əhəmiyyətli
əqdin) və müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə
dəyəri hüquqi
şəxsin aktivlərinin
5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında
qərarın qəbul
edilməsi;”.
2. 12-ci hissənin beşinci abzası altıncı abzas hesab olunsun
və həmin hissəyə aşağıdakı
məzmunda beşinci abzas əlavə edilsin:
“- özlərinin, Azərbaycan
Respublikasının Mülki
Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində
göstərilən şəxslərin
bağlanılan əqdə
münasibətdə aidiyyəti
şəxs qismində
çıxış etmələri,
həmçinin həmin
əqdlə əlaqədar
öz maraqlarının
xüsusiyyətləri (onun
yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan
Respublikasının Mülki
Məcəlləsinin 49-1.6-cı və 49-1.7-ci maddələri
ilə müəyyən
edilmiş qaydada təqdim etməlidirlər;”.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan. - 2015.- 31 dekabr.- S.5.