Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 396                                    Bakı şəhəri, 22 dekabr 2015-ci il

 

Azərbaycan Polad İstehsalı KompleksiQapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin strukturunun təsdiq edilməsi barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin  2014-cü il 30 aprel tarixli 117 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1283-IVQD nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 1239 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 aprel tarixli 117 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 4, maddə 461) ilə təsdiq edilmişAzərbaycan Polad İstehsalı KompleksiQapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 6.5.4-cü yarımbənddəbağlanılmasına razılıq verilməsi üçünsözləri aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini daha çox hissəsini təşkil edən əqdin (müstəqil auditorun rəyi əlavə olunmaqla) bağlanılması haqqında qərarın qəbul edilməsi üçün bu Nizamnamənin 2.4-cü bəndinə əsasənAzərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqındaAzərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli 2875 nömrəli Sərəncamına uyğun olaraqsözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 6.5.4-1-ci yarımbənd əlavə edilsin:

 “6.5.4-1. aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;”.

3. 7.1.13-cü yarımbəndəmüqavilələrsözündən əvvəlbu Nizamnamənin 6.5.4-cü 6.5.4-1-ci yarımbəndlərinin tələbləri nəzərə alınmaqlasözləri əlavə edilsin.

4. 8-ci hissə üzrə:

4.1. adı aşağıdakı redaksiyada verilsin:

Cəmiyyətdə uçot, hesabat nəzarət”;

4.2. aşağıdakı məzmunda 8.4-1-ci bənd əlavə edilsin:

“8.4-1. İdarə Heyətinin sədri ya üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin (filial, nümayəndəlik, idarə s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.6-cı 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2015.- 31 dekabr.- S.5.