Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 397
Bakı şəhəri, 22 dekabr
2015-ci il
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli
229 nömrəli qərarı ilə təsdiq edilmiş
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin
Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1283-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 1239 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 12, maddə 1229; 2009, ¹ 10, maddə 846; 2010, ¹ 11, maddə 1039; 2013, ¹ 6, maddə 762; 2014, ¹ 1, maddə 69) ilə təsdiq edilmiş “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 6-cı hissə üzrə:
1.1. adı aşağıdakı redaksiyada verilsin:
“Cəmiyyətdə uçot, hesabat və nəzarət”;
1.2. aşağıdakı məzmunda 6.4-1-ci bənd əlavə edilsin:
“6.4-1. Cəmiyyətin Müşahidə Şurasının, İdarə Heyətinin sədri və ya üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin (filial, nümayəndəlik və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.5-ci, 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.”.
2. 8.2-ci bənddə “Dövlət Tikinti və Arxitektura Komitəsinin” sözləri “Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin” sözləri ilə əvəz edilsin.
3. 8.3.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“8.3.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin (müstəqil auditorun rəyi əlavə olunmaqla) bağlanılması haqqında qərarın qəbul edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etmək;”.
4. Aşağıdakı məzmunda 8.3.4-1-ci yarımbənd əlavə edilsin:
“8.3.4-1. aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2015.- 31 dekabr.- S.5.