Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 398                                    Bakı şəhəri, 22 dekabr 2015-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 iyun tarixli 106 nömrəli qərarı ilə  təsdiq  edilmişAzərbaycan Televiziya Radio VerilişləriQapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1283-IVQD nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 1239 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 iyun tarixli 106 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 6, maddə 542; 2006, ¹ 11, maddə 1003; 2009, ¹ 1, maddə 22; 2013, ¹ 6, maddə 761) ilə təsdiq edilmişAzərbaycan Televiziya Radio VerilişləriQapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 7.2.5-ci yarımbəndəCəmiyyətinsözündən əvvəlAzərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.2-ci 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla,” sözləri əlavə edilsin.

2. 9.1.11-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin aşağıdakı məzmunda 9.1.12-ci yarımbənd əlavə edilsin:

“9.1.12. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək.”.

3. 10.4.7-ci yarımbənddəbütün növsözləribu Nizamnamənin 10.4.9-cu 10.4.10-cu yarımbəndlərinin tələbləri nəzərə alınmaqlasözləri ilə əvəz edilsin.

4. 10.4.8-ci yarımbəndin sonund

a nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin aşağıdakı məzmunda 10.4.9-cu yarımbənd əlavə edilsin:

“10.4.9. aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;”.

5. XI hissə üzrə:

5.1. adı aşağıdakı redaksiyada verilsin:

Cəmiyyətdə uçot, hesabat nəzarət”;

5.2. aşağıdakı məzmunda 11.5-ci bənd əlavə edilsin:

“11.5. İdarə Heyətinin rəhbəri ya üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin (filial, nümayəndəlik s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.6-cı 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2015.- 31 dekabr.- S.5.