Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 399 Bakı şəhəri,
22 dekabr 2015-ci il
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin
və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il
22 mart tarixli 50 nömrəli
qərarında dəyişikliklər
edilməsi barədə
“Azərbaycan Respublikasının
Mülki Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2015-ci il
15 may tarixli 1283-IVQD nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2015-ci il 22 may tarixli
1239 nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 22
mart tarixli 50 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 3, maddə
257; 2006, ¹ 1, maddə 59; 2007, ¹ 9, maddə 922; 2009, ¹ 10, maddə
846; 2010, ¹ 11, maddə 1039; 2011, ¹ 5, maddə 442; 2013, ¹ 6, maddə
760; Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2015-ci il 31 avqust tarixli 292 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin
Nizamnaməsi”ndə aşağıdakı
dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda
4.15-1-ci bənd əlavə
edilsin:
“4.15-1. Cəmiyyətin Direktorlar Şurasının,
İdarə Heyətinin
sədri və ya üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin
(filial, nümayəndəlik, idarə və s.) rəhbərləri
özlərinin, Azərbaycan
Respublikasının Mülki
Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində
göstərilən şəxslərin
bağlanılan əqdə
münasibətdə aidiyyəti
şəxs qismində
çıxış etmələri,
həmçinin həmin
əqdlə əlaqədar
öz maraqlarının
xüsusiyyətləri (onun
yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan
Respublikasının Mülki
Məcəlləsinin 49-1.5-ci, 49-1.6-cı
və 49-1.7-ci maddələri
ilə müəyyən
edilmiş qaydada təqdim etməlidirlər.”.
2. 5.1.5-ci
yarımbəndə “Cəmiyyətin”
sözündən əvvəl
“Azərbaycan Respublikasının
Mülki Məcəlləsinin
49-1.2-ci və 49-1.3-cü maddələrində
nəzərdə tutulmuş
hallar istisna olmaqla,” sözləri əlavə edilsin.
3. 6.1.5-ci
yarımbənd aşağıdakı
redaksiyada verilsin:
“6.1.5. Cəmiyyətin xalis aktivlərinin dəyərinin
25 faizindən artıq
məbləğdə olan
əqdin (xüsusi əhəmiyyətli əqdin) və müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə
dəyəri Cəmiyyətin
aktivlərinin 5 faizini
və daha çox hissəsini təşkil edən əqdin bağlanılması
haqqında qərar qəbul etmək;”.
4.
7.5.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
7.5.7-ci yarımbənd əlavə
edilsin:
“7.5.7. aidiyyəti şəxslə
dəyəri Cəmiyyətin
aktivlərinin 5 faizədək
hissəsini təşkil
edən əqdin bağlanılması haqqında
qərar qəbul edir.”.
5.
8.7.6-cı, 8.7.8-ci və 8.7.10-cu yarımbəndlər ləğv
edilsin.
6 . 9-cu hissənin adında
“prezidenti” sözü
“sədri” sözü
ilə əvəz edilsin.
7. 9.2.7-ci
yarımbəndə “müqavilələr”
sözündən əvvəl
“bu Nizamnamənin
7.5.7-ci və 7.5.8-ci yarımbəndlərinin
tələbləri nəzərə
alınmaqla” sözləri
əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2015.- 31 dekabr.- S.5.