“Azərbaycan Respublikasının ərazisinə
gətirilən aksiz vergisinə cəlb olunan
malların aksiz
dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli
20 nömrəli qərarında dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 17 Bakı
şəhəri, 29 yanvar 2015-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1167-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 yanvar tarixli 436 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 1, maddə 69; 2002, ¹ 2, maddə 112, ¹ 10, maddə 647; 2005, ¹ 1, maddə 58, ¹ 11, maddə 1069; 2013, ¹ 7, maddə 870; 2014, ¹ 1, maddə 64, ¹ 2, maddə 196) əlavəsi olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 noyabr tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 1 fevral.- S.1.