Minilliklərin mənəvi və mədəni yadigarları qorunur

 

2014-cü ildə Qəbələ “Əfsanələr paytaxtı”, Balakən

 Folklor paytaxtı”, Abşeron isə “Sənətkarlıq paytaxtı” kimi tanındı

 

Qədim və zəngin qeyri-maddi mədəni irs min illər boyu formalaşan xalq yaradıcılığının nailiyyətlərini özündə ehtiva edir. Bu milli-mənəvi zənginliyin dünyaya layiqincə təqdim olunması isə nəticə etibarilə ölkəmizin təbliği və beynəlxalq nüfuzunun yüksəlməsində mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın mədəni zənginliyinin dünyada daha geniş şəkildə tanıdılması, bu tarixi mirasın qorunaraq gələcək nəsillərə çatdırılması da dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzindədir. Azərbaycan Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bu sahəyə xüsusi yer ayrılır. Ölkə rəhbərinin 2013-cü il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilən “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” da mədəni irsə qayğının göstəricisidir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahəyə ayırdığı diqqət də mədəni sərvətlərə yüksək dəyər verilməsinin əsl parlaq nümunəsi hesab olunur. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə xalq sənətkarlığının inkişaf etdirilməsi, muğam sahəsində yeni istedadların üzə çıxarılması, folklor yaradıcılığımızın təbliği və mədəni irsin müxtəlif sahələrində həyata keçirilən layihələr çox geniş məkanda rezonans doğurmaqdadır.

Azərbaycanın qeyri-maddi mədəni irsinin inkişafına yönəldilmiş çoxsaylı respublika, beynəlxalq folklor müsabiqə və festivalları, sənətkarlıq yarmarkaları, diyarşünaslıq mövzusunda “dəyirmi masalar, konfranslar, digər tədbirlər təşkil olunur. Qeyri-maddi mədəni irsin qorunmasına dair” UNESCO Konvensiyasının tövsiyələrinə əsasən, beynəlxalq təcrübədən bəhrələnərək hazırlanmış “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması” layihəsi artıq bir sıra bölgələrimizdə həyata keçirilərək müsbət nəticəsini verməkdədir.

Bu sahədə reallaşdırılan müvafiq konseptual proqram və layihələr sırasında “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” proqramının xüsusi yeri vardır. Proqramın əsas vəzifəsi regionlarda müvafiq tədbirlərin təşkil olunması vasitəsilə Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına, xalq yaradıcılığının təşviqinə, tarazlı və davamlı regional sosial-iqtisadi inkişafa töhfə verməkdir. Ötən beş ildə proqrama əsasən üç nominasiya - əfsanələr, sənətkarlıq və folklor üzrə Azərbaycanın 15 rayon və şəhəri “Xalq yaradıcılığı paytaxtı” elan olundu. Bölgələrdə müxtəlif mədəni-kütləvi tədbirlər, elmi-praktik konfranslar, “dəyirmi masalar, konsertlər, festival və sərgilər keçirildi. Onların bir qismi isə artıq ənənəvi hal almaqla yanaşı, geniş format qazanıb.

Xalq yaradıcılığı paytaxtları” proqramında diyarşünaslıq (əfsanələr), folklor və sənətkarlıq istiqamətləri üzrə “xalq yaradıcılığı paytaxtları”nın seçilməsi nəzərdə tutulub. Hər üç nominasiya üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhər və rayonların ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınaraq təhlil edildi və Azərbaycanın “Əfsanələr paytaxtı”, “Folklor paytaxtı” və “Sənətkarlıq paytaxtı” elan olundu. Proqramın icrasına başlanılan 2010-cu ildə Gəncə “Əfsanələr paytaxtı”, Şəki “Sənətkarlıq paytaxtı”, QazaxFolklor paytaxtı” seçildi. Bir il ərzində “paytaxt” proqramlarına uyğun olaraq adları çəkilən şəhər və rayonlarda ümumilikdə 190-dək müxtəlif tədbir keçirildi.

2011-ci ildə Şabran Azərbaycanın “Əfsanələr paytaxtı”, Lənkəran “Folklor paytaxtı”, İsmayıllı rayonu “Sənətkarlıq paytaxtı” statusu qazandı. Həmin bölgələrdə il ərzində 170-dən çox mədəni-kütləvi tədbir keçirildi ki, bunun da nəticəsində həm əhalinin mədəni istirahəti təmin edildi, həm də xalq sənətkarlığı nümunələrinin ayrı-ayrı bölgələrdə qorunması vəziyyətinə aydınlıq gətirildi.

Proqramın üçüncü ilində respublikamızın zəngin tarixə malik bölgələrindən Gədəbəy “Əfsanələr paytaxtı”, Masallı “Folklor paytaxtı”, Quba “Sənətkarlıq paytaxtı” seçildi. Həmin il bu bölgələrdə 120-dək tədbir keçirildi. Bunlardan savayı, Masallıda beynəlxalq folklor festivalının, QubadaAlma bayramı” kimi layihələrin əsası qoyuldu.

2013-cü il Azərbaycanın “Əfsanələr paytaxtı” elan olunan Xaçmaz rayonunda, “Folklor paytaxtı” Zaqatalada və “Sənətkarlıq paytaxtı” seçilən Göygöl rayonunda keçirilən müxtəlif, (ümumilikdə 160 tədbir) rəngarəng tədbirlərlə yadda qaldı.

Proqramın yekunlaşdığı 2014-cü ildə Qəbələ ölkəmizin “Əfsanələr paytaxtı”, Balakən folklor, Abşeron rayonu isə sənətkarlıq paytaxtları elan edildi. Həmin layihə əsasında bu bölgələrimizdə 120-dək müxtəlif forma və məzmunlu mədəni-kütləvi tədbirlər - festivallar, konsert proqramları, “dəyirmi masalar, yaradıcılıq görüşləri, sərgilər və s. təşkil edildi.

Xalq yaradıcılığı paytaxtları” proqramının icra edildiyi beş ildə keçirilən tədbirlərin bir qismi artıq ənənəvi hal almaqla yanaşı, əhatə coğrafiyası ölkəmizin sərhədlərini aşdı. 2011-ci ildə Masallıda əsası qoyulan “Beynəlxalq folklor festivalı”na müxtəlif ölkələrin bədii kollektivləri qatıldı. Qəbələdə 2013-cü ildən keçirilən “Mürəbbə festivalı”, Şəkidə əsası qoyulanŞirniyyat festivalı”, Balakəndə təşkil olunanFolklorturizm festivalı” xalq sənətkarlığının, mədəni irsimizin, eləcə də bölgələrimizin əsrarəngiz gözəlliklərinin, turizm imkanlarının təbliği baxımından olduqca vacib layihələr, gələcək illər üçün ənənələrin başlanğıcı hesab edilir.

Bu layihələr eyni zamanda bölgələrimizin mədəni inkişafına, mədəniyyət sahəsində dövlət siyasətinin hər bir rayon, şəhər, kənd və qəsəbəsində ahəngdar şəkildə həyata keçirilməsinə xidmət edir.

Ötən il aprelin 24-də Qəbələnin “Əfsanələr paytaxtı” seçilməsi ilə əlaqədar rayon mədəniyyət mərkəzində tədbir keçirildi. Burada “Əfsanələr paytaxtı ilinin Qəbələnin mədəni həyatına xüsusi rəng gətirdiyi vurğulandı. Tədbir çərçivəsində Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş rəsm əsərlərinin sərgisi təşkil edildi. “Əfsanələr paytaxtı”nda il ərzində keçirilən mədəni-kütləvi tədbirlərdən biriburada fəaliyyət göstərən xalq teatrında İsmayıl bəy Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” əsəri əsasında hazırlanmış tamaşanın göstərilməsi idi. Bu sıraya Qəbələdə artıq ikinci dəfə keçirilən “Mürəbbə festivalı”nı da əlavə etməliyik. Burada 21 rayonun şirniyyatçılarının ən dadlı əl işlərinin nümayişi ilə yanaşı, satışının da təşkili xüsusi əhəmiyyət daşıyırdı. Çünki Qəbələ son illər əcnəbi və yerli turistlərin ən çox diqqətini və marağını çəkən bölgələrimizdən sayılır. Qəbələdə ötən il ərzində keçirilən mədəni tədbirlər eyni zamanda bölgənin tarixi, folklor və zəngin etnoqrafiyasının təbliği deməkdir. Sentyabrın 22-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilən Qəbələ Arxeoloji Mərkəzi də bu ulu yurdun tarixisirli keçmişindən soraq verdiyi üçün olduqca böyük əhəmiyyət daşıyır.

Azərbaycanın şimal-qərb qapısı sayılan Balakən rayonu da əlverişli coğrafi mövqeyi, təbiət gözəllikləri, qədim tarixi abidələri ilə turistlərin diqqətini daim cəlb edir. 2014-cü ildə Balakənin Azərbaycanın “Folklor paytaxtı” elan olunması münasibətilə keçirilən təqdimat mərasimində onun tarixi keçmişibugününü əks etdirən maddi-mədəniyyət, folklor nümunələri nümayiş olundu. Bildirildi ki, Balakəndə bir çox azsaylı xalqların nümayəndələri yaşayır. “Folklor ili” çərçivəsində onların da maddi-mədəniyyət nümunələri dünyaya tanıdılacaq. Belə də oldu. Təqdimat mərasimində bölgənin, xüsusən Balakəndə yaşayan xalqların milli adət-ənənələri, folkloru nümayiş etdirildi.

2014-cü ilin doqquz ayı ərzində Balakənə 20 min nəfərə yaxın turist gəlib. Bu, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 min nəfər çoxdur.

Rayon üzrə 12 turizm marşrutu müəyyənləşdirilib. Turistlər daha çox dağ, atçılıq, ovçuluq turizm növlərinə maraq göstərirlər. Heydər Əliyev adına mədəniyyət və istirahət parkı da turistlərin ən çox üz tutduqları məkanlardandır.

Abşeronun “Sənətkarlıq paytaxtı” elan olunması ilə əlaqədar ötən il ərzində rayonun ayrı-ayrı qəsəbə və kəndlərində də tədbirlər təşkil olundu. Görədil folklor klubunda keçirilən “Bizdə şeirvar, sənət də vardır” adlı poeziya, muğamyumor gecəsi də tamaşaçılara xoş təəssürat bəxş edib.

“Beynəlxalq abidələr və tarixi yerlər günü” ilə əlaqədar “Abşeronun tarixi və mədəni abidələrinin ikinci həyatı” adlı sərgi-seminardan başqa məktəblilərin rayonun tarixi abidələrinə ekskursiyası təşkil olundu. Qobu qəsəbəsindəki Sənətkarlıq evində xalça ustaları ilə “Qədim el sənətini yaşadanlar” adlı görüş keçirildi. İştirakçılar xalq tətbiqi, dekorativ və təsviri sənət nümunələrinin daimi sərgisi ilə tanış oldular.

Abşeronun mədəni irsi ölkəmizdən kənarda da təqdim edildi. İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyi, İzmirdəki Azərbaycan Mədəniyyət Mərkəzi Dərnəyi və Manisa Gözəl Sənətlər və İdman Liseyinin dəvəti ilə bu şəhərlərdə “Abşeron - sənətkarlıq paytaxtı” mövzusunda təqdimatlar keçirildi. Ümumilikdə 2014-cü il “Sənətkarlıq paytaxtı” Abşeron üçün də sənət dolu bir il oldu.

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2015.- 1 fevral.- S.6.