Azərbaycan Prezidenti İlham Əliyev Amerika Yəhudi
Komitəsinin
icraçı direktorunun başçılıq
etdiyi nümayəndə heyətini
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də
Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid
Harrisin başçılıq etdiyi nümayəndə heyətini
qəbul edib.
Görüşdə
Azərbaycanda gedən sürətli inkişaf proseslərindən
məmnunluq ifadə olundu, ölkədə müasir
infrastruktur və yeni sənaye sahələrinin
yaradılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi
istiqamətində görülən işlərin önəmi
qeyd olundu.
Söhbət
zamanı Azərbaycan Respublikası ilə ABŞ arasında
ikitərəfli əlaqələrin inkişafından
danışıldı, Amerika Yəhudi Komitəsinin
icraçı direktoru Devid Harrisin başçılıq
etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin
əməkdaşlığın genişləndirilməsi ilə
bağlı səmərəli müzakirələr
aparılması baxımından əhəmiyyəti qeyd
olundu.
Azərbaycan.-2015.- 2 fevral.- S.1.