Yunanıstan Respublikasının Baş
naziri Zati-aliləri cənab Aleksis Tsiprasa
Hörmətli
cənab Baş nazir,
Başçılıq
etdiyiniz koalisiyanın ölkənizdə keçirilən
parlament seçkilərində qələbəsi və
Yunanıstan Respublikasının Baş naziri vəzifəsinə
seçilməyiniz münasibətilə Sizi ürəkdən
təbrik edirəm.
İnanıram
ki, Azərbaycan-Yunanıstan əlaqələrinin genişlənməsi,
xalqlarımız arasındakı dostluq münasibətlərinin
daha da möhkəmlənməsi, qarşılıqlı maraq
doğuran əməkdaşlığımızın
inkişafı yolunda birgə səylər göstərəcəyik.
Sizə
ən xoş arzularımı yetirir, dost Yunanıstan
xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə
uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 2 fevral 2015-ci il.
Azərbaycan.-2015.-
2 fevral.- S.1.