İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya
Hörmətli
cənab Prezident,
İtaliya
Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz
münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan-İtaliya
münasibətlərinin hazırkı səviyyəsi məmnunluq
doğurur. Ölkələrimiz arasındakı yüksək
səviyyəli siyasi təmaslar, iqtisadi sahədə daim
genişlənən qarşılıqlı faydalı əməkdaşlığımız,
çoxşaxəli mədəni əlaqələrimiz Azərbaycan-Italiya
münasibətlərinin səciyyəvi cəhətlərindəndir.
İnanıram
ki, ölkələrimizi və xalqlarımızı birləşdirən
dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi,
qarşılıqlı faydalı əməkdaşlığımızın
müvəffəqiyyətlə davam etdirilməsi
üçün birgə səylər göstərəcəyik.
Sizə
möhkəm cansağlığı, xoşbəxtlik, dost
İtaliya xalqının rifahı naminə
qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 2 fevral 2015-ci il.
Azərbaycan.-2015.- 2 fevral.- S.1.