Milli Məclisin yaz sessiyası başladı

 

Dünən Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov yaz sessiyasını açıq elan etdikdən sonra dövlət himni səsləndi. Oqtay Əsədov diqqətə çatdırdı ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu daxilixarici siyasət, hökumətin həyata keçirdiyi sosial-iqtisadi inkişaf proqramlarında Milli Məclis qanunvericilik çərçivəsində öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. Oqtay Əsədov vurğuladı ki, bu sessiya müddətində mühüm qanun və qərarlar qəbul ediləcək. Bundan başqa, dövlət büdcəsinin icrası barədə qanun layihəsinə baxılacaq, Konstitusiyaya uyğun olaraq hökumətin və İnsan Hüquqları üzrə Müvəkkilin hesabatı dinləniləcək.

Gündəlik təsdiq olunduqdan sonra Oqtay Əsədov müzakirələr üçün vaxt ayırdı. Deputat Zahid Oruc təklif etdi ki, Taarif Şurasının statusu qanunla müəyyənləşdirilsin. Onun sözlərinə görə, bu qurumda QHT-lərdən, parlamentdən, hətta Mətbuat Şurasından nümayəndə təmsil olunmalıdır. 2 fevral Gənclər Günü münasibəti ilə bütün Azərbaycan gənclərini təbrik edən deputat Xanhüseyn Kazımlı Prezident İlham Əliyev tərəfindən Azərbaycan gəncləri üçün bütün lazımi şəraitin yaradıldığını söylədi.

“Azərbaycan neftdən gələn gəlirləri ən uğurlu istifadə edən ölkədir. Bunu Dünya Bankı da yüksək qiymətləndirib”. Bu fikri isə deputat Siyavuş Novruzov dedi. Onun sözlərinə görə, Azərbaycanda olan inkişaf idrakı sönük partiya sədrlərini narahat etməyə başlayıb. Onlar müxtəlif primitiv formada şərhlər verirlər. Halbuki Azərbaycan neftdən gələn gəlirləri ən uğurlu istifadə edən ölkədir. Bunu Dünya Bankı yüksək qiymətləndirib. Məktəblərin, xəstəxanaların tikilməsinə, elektrik sisteminin yenidən təşkil edilməsinə, istehsalemal müəssisələrinə xeyli vəsait qoyulub. Bu məsələlərə qarayaxma edirlər. Bəzi beynəlxalq təşkilatlar da onlara qoşulub. I Avropa Oyunları yaxınlaşdıqca, böhtanların sayı artmaqdadır. Lakin hər zaman olduğu kimi, Azərbaycan öz haqq yolundadır. Bundan sonra da bu yolu davam etdirmək lazımdır.

Deputatın çıxışından sonra Milli Məclisin Sədri Oqtay Əsədov da bəzi beynəlxalq təşkilatların daim Azərbaycana qarşı etdikləri ədalətsizlikdən danışdı: “Biz hələ də beynəlxalq təşkilatların əksəriyyətinə inanırıq? İndiyə kimi görmüşük ki, onlar yalnız öz dirijorlarının göstərişi ilə işləyirlər. Bunu görmüşük, şikayət etməkdən də yorulmuşuq”.

Sədr vurğuladı ki, Azərbaycan nümayəndə heyəti AŞ PA-da çox düzgün qərar verərək Rusiyaya qarşı irəli sürülən sanksiyaların əleyhinə çıxıb. Bütün mətbuat isə bunu Azərbaycanın işğalçı ölkəni dəstəkləməsi kimi qiymətləndirib. Bu, doğru deyil: “Dağlıq Qarabag işğal olunduqda Azərbaycanı kim dəstəklədi? Kim Ermənistana qarşı sanksiyaların qəbul edilməsini istədi? Azərbaycan BMT-də Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləyib. Bundan böyük dəstək varmı? Azərbaycan nümayəndə heyəti sanksiyalar məsələsində səsini eşitdirmək üçün Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinin əleyhinə səs verib. Bu addımla Azərbaycan nümayəndə heyəti bir daha öz fikrini açıqladı ki, sanksiya hər kəsə qarşı qəbul edilməlidir. Niyə bizə məsləhət edirlər ki, sanksiya olmaz, dialoq yolu ilə münaqişəni həll edin, bəs, niyə onlara da dialoq təklif etmirlər? Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləyir, amma ikili standartlara qarşıdır. Belə olanda bizə təsir edir. Biz də istəyirik, səsimiz eşidilsin. Ona görə də beynəlxalq təşkilatlarla işləyənlərə deyirəm ki, ehtiyatlı olun. Heç vaxt onlara arxayın olmayın. Onlar aldıqları komanda əsasında işləyirlər”.

Milli Məclis Sədrinin çıxışından sonra müzakirələr başa çatdı. Gündəlikdəki ilk iki məsələ Milli Məclisin qərarı idi. Prosedur qaydalarına uyğun olaraq Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi haqqında qərarlar müzakirəyə çıxarıldı və qəbul edildi

İclasda Milli Məclisin 2015-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında qərarla bağlı müzakirələr aparıldı. Deputat Siyavuş Novruzov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransı xatırladaraq dedi ki, bu iclas hökumətin xalq qarşısındakı hesabatıdır. Bir il ərzində görülən işlər və gələcəkdə həyata keçiriləcək planlar barədə ölkə ictimaiyyəti məlumatlandırıldı. Deputat Elman Məmmədov təklif etdi ki, Milli Məclis müzakirə apararaq soyqırımına məruz qalmış Xocalıya “şəhid şəhər” statusu versin. MM-in Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovdeputat Qüdrət Həsənquliyev qanunvericilik işlər planına “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsinin daxil edilməsini uğurlu addım kimi dəyərləndirdilər.

Milli Məclisin Sədr müavini Bahar Muradova çıxış edərək bildirdi ki, bu il seçki ili olduğu üçün Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı fikirlər səsləndirilir. Ancaq Seçki Məcəlləsinə hər hansı bir prinsipial, onun fəlsəfəsini və hədəflərini dəyişə biləcək dəyişikliklərin olmasına heç bir ehtiyac yoxdur. Bunu bundan öncə ölkədə keçirilən seçkilər sübut edib. Bahar Muradova dedi ki, seçki qanunvericiliyinin hər hərfini fəaliyyətində əldə rəhbər tutan Yeni Azərbaycan Partiyası onun bütün müddəalarının Azərbaycanın ictimai-siyasi reallıqlarına uyğun olduğu qənaətindədir: “Hər hansı bir texniki, prosedur dəyişikliyin olmasını istisna etmirəm. Amma, bütövlükdə hesab edirik ki, Seçki Məcəlləsinin dəyişdirilməsinə ehtiyac yoxdur. Girov qoymaqla qeydiyyatın bərpası ilə bağlı çağırışı məqsədə uyğun hesab etmirəm. Çünki, elə məhz konyunktur addımlar, başqa-başqa hərəkətlərin meydana çıxması bu müddəanın mövcudluğu zamanı olurdu. Ona görə ki, heç bir sosial dayağı olmadan, seçicilərin heç bir etimadını qazanmadan, bunun üçünheç bir cəhd göstərməyən adam müəyyən qədər pul ödəyir, yarışa girirstatus qazanır. Hətta elə gətirir ki, həmin adam deputat olur. Sonrakı fəaliyyətində də həmin mövqedən çıxış edir. Ona görə də bu məsələdə geriyə qayıdış mümkün deyil. Seçki komissiyaları ilə bağlı balansı isə bugünkü ictimai-siyasi reallıqlara uyğun hesab edirəm”.

Bahar Muradova onu da bildirdi ki, Azərbaycan nümayəndə heyəti dövlətimizin mövqeyini ATƏT-in qarşıdaki qış sessiyasında bir daha ortaya qoyacaq və ATƏT PA-nın sədrinin Azərbaycana gözlənilən səfərində də eyni mövqe sərgilənəcək. Məqsəd odur ki, bu qurumun münaqişə ilə bağlı bir mövqeyi formalaşsın. Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul edildi.

İclasda həmçinin Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə və “Azərbaycan Respublikasının hökuməti ilə Macarıstanın hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihələri də təsdiqləndi.

Qısa fasilədən sonra Milli Məclis işini davam etdirdi. İlk olaraqYanğın təhlükəsizliyi haqqındaFövqəladə hallar orqanlarında xidmətkeçmə haqqındaqanunlarda dəyişikliklər edilməsi barədə layihələr müzakirə edildi. Qanun layihələri ilə bağlı Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verdi. Yanğın təhlükəsizliyi haqqındaqanuna nəzərdə tutulan dəyişiklik yanğından sığortalanma ilə bağlı məsələləri əhatə edir. Layihə ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlardan Fəttah Heydərov, Gövhər Baxşəliyeva, Vahid Əhmədov Qənirə Paşayeva fikirlərini bildirdilər, icbari sığorta ilə bağlı təkliflərlə çıxış etdilər.

Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqındaqanuna nəzərdə tutulan dəyişikliyə görə isə fövqəladə hallar orqanlarının əməkdaşlarının həyat sağlamlığıMəhkəmə hüqüq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqındaAzərabaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığorta etdiriləcək.

Hər iki qanun layihəsi təsdiq olundu.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi RəcəbliƏhalinin sağlamlığının qorunması haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim etdi. Dəyişikliklər bu qanunuİstehsalatda bədbəxt hadisələr peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqındaAzərbaycan Respublikasının 2010-cu il 11 may tarixli qanununa uyğunlaşdırmaq məqsədi daşıyır. Qısa müzakirədən sonra qanun layihəsi təsdiq olundu.

İclasda daha sonraYol hərəkəti haqqındaqanunda İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələrinə baxıldı. Hər iki məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, “Yol hərəkəti haqqındaqanunda nəzərdə tutulan dəyişikliklərin əsas mahiyyəti yol hərəkəti qaydasının pozulması zamanı tərtib olunan protokolun mərkəzi icra orqanına çevik operativ çatdırılmasından ibarətdir. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər isə cərimələrin daha çevik ödənilməsini təmin edəcək.

Müzakirələr zamanı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlardan Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Fazil Mustafa yol hərəkətinin tənzimlənməsi ilə bağlı fikirlərini bildirdilər, maarifləndirici tədbirlərin həyata keçirilməsinə dair təkliflərlə çıxış etdilər. Milli Məclisin Sədri Oqtay Əsədov bu sahədə sosial çarxların yayımlanmasının əhəmiyyətini qeyd etdi. Yekunda hər iki qanun layihəsi təsdiq olundu.

İclasda son olaraqReklam haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi müzakirə edildi. Layihə ilə bağlı Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov məlumat verdi. Bu qanunun qəbulunda məqsəd respublikamızda reklam istehsalının, onun mallar, işlər və xidmətlər bazarında yerləşdirilməsi və yayımının dövlət tənzimlənməsinin hüquqi əsaslarını, reklam fəaliyyəti subyektlərinin özünütənzimləmə sahəsində vəzifələrini və səlahiyyətlərini müəyyən etməkdir. Qanun layihəsində reklama müəlliflik hüququ, haqsız reklam, qeyri-dəqiq reklam, gizli reklam, təkzibedici reklam, sosial reklam, reklamı qadağan olunmuş əmtəələr, sponsorsponsor reklamı, televiziyaradio proqramlarında, dövri mətbu nəşrlərdə reklam, tütün məmulatlarının, dərman vasitələrinin, idman mərc oyunlarının, alkoqollu içkilərin reklamı və s. bu kimi məsələlər öz əksini tapıb.

Müzakirələr zamanı deputatlardan Siyavuş Novruzov, Tahir Rzayev, Zahid Oruc, Gövhər Baxşəliyeva, Məlahət İbrahimqızı, Elmira Axundova, Jalə Əliyeva, Arif Əşrəfov, Azər Badamov, Əli Məsimli, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva layihə ilə bağlı fikirlərini bildirdilər, təkliflər irəli sürdülər. Çıxışlarda reklam zamanı Azərbaycan dilinin ədəbi normalarının pozulduğu, xarici dillərdən istifadə olunduğu, bəzən reklam sahəsində haqsız rəqabətin olduğu diqqətə çatdırıldı.

Layihə ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Sədri Oqtay Əsədov diqqəti sosial reklamlara çəkdi. Sosial reklamların əhəmiyyətini qeyd edən spiker dedi ki, televiziyalar bu cür reklamları gecə saatlarında deyil, əhalinin televiziyaya daha çox baxdığı saatlarda yayımlamalıdırlar.

Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov layihənin hərtərəfli hazırlandığını, bütün məsələlərin burada öz əksini tapdığını bildirdi.

YekundaReklam haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi birinci oxunuşda qəbul edildi.

 

Rəşad BAXŞƏLİYEV,

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2015.- 2 fevral.- S.2.