Təhsilə və müəllimə
qayğının növbəti nümunəsi
Sürətlə modernləşən Azərbaycanda təhsil sisteminin insan kapitalının inkişafına yönəldilməsi və bu sahədə keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması qarşıda duran vəzifələrdən biri kimi prioritetə çevrilib. “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” kimi olduqca vacib bir sənədin dövlət başçısı tərəfindən imzalanması ilə adıçəkilən sahənin inkişafının yeni mərhələsi başlayıb desək, daha doğru olardı. Bu strategiyanın həyata keçirilməsi ilə bağlı “Fəaliyyət planı”nın təsdiq edilməsi haqqında dövlət başçısının imzaladığı sərəncam, təbii ki, təhsil sahəsində uzunmüddətli inkişafın istiqamətlərini müəyyənləşdirmiş oldu.
Strategiyada müəllim amilinə xüsusi yanaşma var. Ümumiyyətlə, təhsildə
əsas meyar müəllimlə bağlı
olmalıdır. Aydındır ki, nə qədər
yüksək səviyyəli
infrastruktur, tədris vəsaiti, maliyyə imkanları olsa belə, keyfiyyətli müəllim olmadan təhsili inkişaf etdirmək o qədər
də asan deyil. Təhsilalanın savadlı və
səriştəli şəxs
kimi formalaşması
əsasən müəllimin
akademik bacarıqlarından,
tədris təcrübəsindən
və peşəkarlıq
səviyyəsindən daha
çox asılıdır.
Bilik və bacarıqlarını davamlı
artıran müəllimlər
təhsilalanların nailiyyətlərinə
əlavə töhfələr
verirlər. Yeri gəlmişkən qeyd edək ki, təhsil islahatı uğurla aparılan ölkələrdə
müəllim peşəkarlığının
inkişafı üçün
stimulların yaradılmasına
və müəllim hazırlığının təkmilləşdirilməsinə
xüsusi diqqət yetirilir.
Haqqında söz açdığımız
strateji istiqamətlərdən
biri də təhsil sahəsində insan resurslarının müəyyənləşdirilməsidir. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən səriştəli təhsilverənlərin
formalaşdırılmasını, müəllimlərin peşəkarlıq
səviyyəsinin daim
yüksəldilməsini prioritet
sayır. Eyni zamanda onların nüfuzunun artırılmasını,
karyera inkişafı və fəaliyyətinin stimullaşdırılmasını təmin edən yeni sistemin yaradılmasını da zərurətə çevirir.
Təhsil
islahatlarının yeni
istiqamətində dövlətin
müəllimə qayğısı
və dəstəyinin bariz
nümunələri kifayət
qədərdir və onlardan biri də
Azərbaycan Prezidenti İlham Əliyevin 16 yanvar 2015-ci il tarixli sərəncamıdır.
Bu, ilk növbədə ümumtəhsil
müəssisələrində çalışan, bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi
aparılan müəllimlərin
həftəlik dərs
yükünün optimallaşdırılması
yolu ilə əməkhaqqının artırılması
ilk növbədə maddi
rifahın daha da yaxşılaşdırılmasını
nəzərdə tutan
və bu istiqamətdə dövlət
başçısının yürütdüyü sosial siyasətin və qayğının bariz nümunəsidir. Bütün bunlar
bir daha onu qeyd etməyə
əsas verir ki, müəllim əməyinin stimullaşdırılmasına
artıq start verilib.
Sirr deyil ki, bilik
və bacarıqların
diaqnostik qiymətləndirilməsi
zamanı kafi nəticə göstərən
müəllimlər də
az olmayıb.
Buna baxmayaraq, dövlət başçısının
müvafiq sərəncamı
bu prosesdən keçən bütün
müəllimlərə şamil
olunur. Əlbəttə, bu yanaşma
müəllimlərə fərq
qoymamaq baxımından
olduqca təqdirəlayiqdir
və deyərdim ki, həm də
ciddi məsuliyyətdir.
Bilik və bacarıqların sınaq
qiymətləndirilməsinə hələlik paytaxtdakı
məktəblərdən başlansa
da, yaxın gələcəkdə bu prosesin respublikanın ayrı-ayrı bölgələrini
də əhatə edəcəyi nəzərdə
tutulur. Prosesin mərhələlərlə aparılması
regionlarda çalışan
müəllimləri sınaq
qiymətləndirməsinə hazırlamağa və iştiraka sövq etdirəcək.
Təhsil sahəsində nəzərdə
tutulan islahatların gözlənilən nəticəsi
müəllim faktorundan
dolayı yox, birbaşa asılıdır. Onun əməyinin ödənişində
fərqlilik sisteminin pedaqoji rəqabət və stimullaşdırma mühiti
yaradacağı şəksizdir.
Ona görə də islahatlarda nəzərdə
tutulan fərqli əməkhaqqının tətbiq
edilməsinin hər kəsdə öz peşəkarlıq səviyyəsini
artırmağa maraq oyadacağı da nəzərə alınıb.
Çalışdığım liseyin pedaqoji kollektivi dövlətin müəllim əməyinə
olan diqqət və qayğısını
yüksək qiymətləndirir,
eyni zamanda təhsilə və xalqımızın intellektual
nəslinin yetişməsinə
daha bir töhfə olacağına
əmindir.
Biz müəllimlər yaxşı
bilirik ki, təhsil sistemi müstəqil Azərbaycanın
milli dəyərlərini
mənimsəmiş vətəndaş
formalaşdırmalı, qloballaşan
və müasir dünyada zəngin biliyə malik insan yetişdirməlidir. Ölkəmizin təhsil sisteminin
və infrastrukturunun inkişaf səviyyəsinin
dünyanın aparıcı
ölkələrindəkinə çatdırılması isə
əsas məqsədlərdən
biridir.
Akademik Zərifə Əliyeva adına liseyin
pedaqoji kollektivi ölkəmizdə öz dəyərləri və nailiyyətləri ilə seçilənlərdəndir. Ötən
ilin iyun ayında müəllimlərin
sınaq qiymətləndirilməsində
yüksək nəticə
göstərən pedaqoji
kollektivimiz dövlət
başçısına təhsilə
və müəllimə göstərdiyi
diqqət və qayğıya görə dərindən təşəkkürünü
bildirir. Əlbəttə,
kollektivimiz də, öz növbəsində,
gənc nəslin təlim-tərbiyəsində, Azərbaycan
təhsilinin inkişafı
ilə əlaqədar
keyfiyyətin yaxşılaşdırılması
sahəsində bütün
imkan və bacarıqlarından, həmçinin
mövcud potensialdan maksimum istifadə edəcək, əlindən
gələni əsirgəməyəcəkdir.
Mehriban VƏLİYEVA,
Akademik Zərifə Əliyeva adına liseyin direktoru,
filologiya üzrə fəlsəfə
doktoru, əməkdar müəllim
Azərbaycan.-2015.- 4 fevral.- S.2.