Sosial islahatların təməlində güclü iqtisadiyyat dayanır

 

Regionların inkişafı strategiyasının uğurla həyata

 keçirilməsi ölkəmizin yüksəlişində bir dönüş nöqtəsi olub

 

“Azərbaycanda xalqla iqtidar arasında birlik var, bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizim atılan bütün addımlarımız Azərbaycanın inkişafına xidmət edir. Ölkəmizdə ictimai, siyasi vəziyyət sabitdir, iqtisadiyyata böyük həcmdə investisiyalar qoyulur və iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atılır. Yəni, bu gün Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridirdünyada bizə olan maraq artır”.

Bu fikirləri “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev söyləmişdir. Dövlət başçısı vurğulamışdır ki, ölkəmizdə 2004-cü ildən bu günə qədər ümumi daxili məhsul 3,4 dəfə artmışdır. Bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,7 dəfə yüksəlmişdir. On bir il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulmuşdur. 2004-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə, bu gün 50 milyard dollardan çoxdur. Bu uğurlar Davos Dünya İqtisadi Forumu çərçivəsində dövlət başçısının keçirdiyi çoxsaylı görüşlərdə də səslənmiş və Azərbaycanın inkişaf modeli yüksək qiymətləndirilmişdir.

Bu məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz Milli Məclisin deputatları da deyirlər ki, son 10 ilə nəzər saldıqda Azərbaycanın hərtərəfli sürətli iqtisadi inkişafının şahidi olarıq. Dünya iqtisadi böhranının tüğyan etdiyi zamanlarda, bir sıra ölkələrdə milli valyutanın məzənnəsinin kəskin şəkildə aşağı endiyi vaxtda Azərbaycan ayaqda durdu və manatın məzənnəsi də dayanıqlığını qoruyub saxladı.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, professor Rafiq Məmmədhəsənov vurğuladı ki, davamlı inkişaf sayəsində Azərbaycan bütün parametrlər baxımından Cənubi Qafqazın lider dövlətinə çevrilib. Bu gün Azərbaycanın dinamik iqtisadi inkişafı dünyada nümunəvi model kimi dəyərləndirilir. Azərbaycan qlobal iqtisadi-maliyyə böhranı illərində belə möhkəm iqtisadi dayanıqlılıq nümayiş etdirmişböyük uğurlara imza atmışdır ki, bu beynəlxalq miqyasda uğurlu model kimi qiymətləndirilir. Təsadüfi deyil ki, dünyanın ayrı-ayrı ölkələri Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində qazandığı təcrübədən yararlanmaq niyyətini bəyan ediblər.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi məqsədyönlü siyasətə uyğun olaraq ölkənin getdikcə artan maliyyə resursları regionların tarazlı inkişafına, qeyri-neft sektorunun genişləndirilməsinə, müasir dünya çağırışlarına uyğun olaraq innovativ sənaye quruculuğuna, modern idarəçilik metodlarının tətbiqi və maddi-texniki təchizatın yüksəldilməsi yolu ilə kənd təsərrüfatının ixrac potensialının artırılmasına yönəldilir. 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və artıq icrası tamamlanan iki dövlət proqramının, eləcə də 2014-2018-ci illəri əhatə edən sayca üçüncü dövlət proqramının uğurla reallaşdırılması sayəsində Azərbaycanın əksər bölgələri ilə paytaxt arasında fərq minimuma enib, regionlar iqtisadi güc amilinə çevrilib. Hazırda Azərbaycanın bütün regionlarında tarixən formalaşan ənənələr, yerli əmək və xammal ehtiyatları nəzərə alınmaqla yaradılan müasir istehsalat sahələri uğurla fəaliyyət göstərir.

Sosial layihələrin reallaşdırılmasında mühüm rolu olan Heydər Əliyev Fondunun, fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən genişmiqyaslı işlər insanların rifahının yaxşılaşması üçün yeni imkanlar açır. 2014-cü ildə başlayan “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı da digər layihələr kimi uğurlu olacaq və əhalinin rifahının artmasına töhfəsini verəcək.

Raqif Məmmədhəsənov deyir ki, cənab Prezidentin müəllifi olduğu regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi nəinki bölgələrin, eləcə də ümumilikdə ölkənin inkişafında bir dönüş nöqtəsi olub, bütün regionlarda quruculuq işləri geniş vüsət alıb, Azərbaycanın istənilən bölgəsində yaşayan vətəndaşların bu strategiyanın nəticələrinin öz gündəlik həyatında hiss etməsinə səbəb olub: “Prezident İlham Əliyev 2015-ci ili “Kənd təsərrüfatı ilielan etmişdir. Hesab edirəm ki, dövlət başçısının ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasından qaynaqlanan, hər bir vətəndaşın rifahının davamlı olaraq yüksəlməsinə yönələn uzaqgörən, sistemli və qətiyyətli siyasəti bundan sonra da qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsini, ölkəmizin, o cümlədən regionların inkişafının daha da sürətlənməsini təmin edəcəkdir”.

Deputatın fikrincə, regionların inkişafı məsələsi hər zaman dövlətimizin prioritet saydığı məsələlərdəndir. Bu sahədə ən böyük addımlar qəbul edilən dövlət proqramlarının uğurlu icrası ilə təmin edilir. Bu gün yüksək səviyyəli inkişaf hər bir bölgədə, hər bir rayonda nəzərə çarpmaqdadır. Bütün rayonlarda inkişaf, abadlıq, quruculuq, sosial layihələrin icrası prosesi gedir. Regionlarda yaradılan yeni sənaye müəssisələri ölkəmizin uzunmüddətli inkişaf strategiyasını müəyyən edən əsas məqamlardandır.

R.Məmmədhəsənov onu da diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin maliyyə kapitalının insan kapitalına çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasət, sağlam və təhsilli gənc nəslin yetişdirilməsi ilə bağlı qəbul etdiyi qərarlar cəmiyyətdə böyük rəğbətlə qarşılanıb. Gənc nəslin sağlam böyüməsi yolunda Heydər Əliyev Fondunun əvəzsiz fəaliyyəti, habelə ən müasir standartlar səviyyəsində yeni uşaq bağçaları və körpələr evlərinin tikintisi və köhnələrinin təmiri xüsusilə təqdirəlayiqdir.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü İlham Məmmədov isə deyir ki, bu gün dünyanın əksər inkişaf etmiş ölkələri qlobal maliyyə-iqtisadi böhranın acı fəsadlarından hələ də tam yaxa qurtara bilmədikləri halda Azərbaycan nəinki iqtisadi-maliyyə dayanıqlılığını qorumağa müvəffəq olub, eyni zamanda potensialını ilbəil genişləndirərək inkişaf modelini ortaya qoyub. “Hər kəsə bəllidir ki, regionların inkişafı ölkədə həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilən və uğurla həyata keçirilən dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, yeni müəssisələrin və yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib” - deyən deputat qeyd etdi ki, son 11 ildə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni yeri açılıb, 55,6 min müəssisə yaradılıb, işsizlik 4,9 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.

Deputatın sözlərinə görə, keçən il Azərbaycanda “Sənaye ilielan edilmiş və 230-dan çox sənaye müəssisəsi yaradılmışdır. 123 min yeni yeri açılmışdır ki, onlardan təxminən 100 mini daimi yeridir: “Sosial sahəyə gəldikdə, sosial islahatların təməlində güclü iqtisadiyyat dayanır. 2004-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 100 dollar idisə, hazırda bu, 565 dollardır. Orta aylıq pensiya 24 dollar idi, hazırda 221 dollardır. Azərbaycanda sosial infrastruktur layihələri son on bir ildə uğurla icra edilib. 2900 məktəb binası, 560 tibb ocağı tikilib ya təmir edilib. Təkcə regionlarda 41 olimpiya idman mərkəzi 30 gənclər mərkəzi yaradılb”.

İlham Məmmədov onu da vurğuladı ki, son 11 il ərzində hökumət tərəfindən sosial cəhətdən ən ağır vəziyyətdə olan soydaşlarımız - məcburi köçkünlər üçün yaşayış binaları, qəsəbələr yaradılıb. Hazırda, 210 min köçkün yeni, gözəl evlərə, mənzillərə köçürülüb. 2014-cü ildə 4450 ailənin ya 22 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb: “Adıçəkilən konfransda Prezident İlham Əliyev yekun nitqində çox dəyərli fikir səsləndirdi. Dövlət başçısı dedi ki, müstəqil Azərbaycan bu gün nadir inkişaf dövrünü yaşayır. Azərbaycanda sürətli inkişaf prosesi gedir, düşünülmüş siyasət, müstəqil siyasət aparılır. Bizim uğurlarımızın təməlində dayanan əsas amillər budur. İqtisadi, siyasi islahatlar aparılır, bütün azadlıqlar təmin edilir, demokratiyanın inkişafı sürətlə gedir xalqla iqtidar arasındakı birlik uğurlu inkişafımızın əsas amilidir”.

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2015.- 4 fevral.-  S.4.