İsmayıllı şəhərinin Azərbaycanın “Gənclər paytaxtı seçilməsi rayonda sevinclə qarşılanıb

 

 

 

Xəbər verdiyimiz kimi, İsmayıllı şəhəri 2015-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilib.

AzərTAc xəbər verir ki, bu münasibətlə İsmayıllı şəhərinin mərkəzi küçələrində avtomobillərin yürüşü təşkil edilib.

Bayram tədbirində İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. T.Sarıyev bu gün cəmiyyətimizin prioritetintellektual təbəqəsini təşkil edən gənclərin ictimai-siyasisosial sahələrdə təmsil olunduğunu diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan dövlətinin gənclər siyasəti, Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti xüsusi qeyd edilib. Vurğulanıb ki, İsmayıllının “Gənclər paytaxtı” seçilməsi bu rayonda gənclərlə işi daha da genişləndirməyə, yeni layihələrin həyata keçirilməsinə imkan yaradacaqdır.

 

Azərbaycan.-2015.- 4 fevral.-  S.6.