Azərbaycan Respublikasının İnzibati Xətalar

 Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8, I kitab, maddə 584, ¹ 12, maddə 835; 2001, ¹ 1, maddə 24, ¹ 3, maddə 139, ¹ 7, maddə 455, ¹ 11, maddələr 680, 698, ¹ 12, maddə 731; 2002, ¹ 1, maddə 9, ¹ 4, I kitab, maddə 165, ¹ 5, maddələr 234, 237, 239, ¹ 6, maddə 326, ¹ 8, maddə 463, ¹ 12, maddə 692; 2003, ¹ 1, maddələr 3, 13, 23, ¹ 4, maddələr 177, 178, ¹ 5, maddə 228, ¹ 6, maddələr 257, 276, 279, ¹ 8, maddələr 407, 425, ¹ 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, ¹ 1, maddələr 6, 7, 10, 13, ¹ 4, maddələr 200, 201, 204, ¹ 5, maddələr 313, 314, 317, 321, ¹ 6, maddə 397, ¹ 8, maddələr 596, 597, ¹ 10, maddələr 762, 779, ¹ 11, maddə 900, ¹ 12, maddə 973; 2005, ¹ 1, maddələr 5, 6, ¹ 2, maddə 61, ¹ 4, maddələr 272, 273, 275, 278, ¹ 6, maddələr 462, 466, ¹ 7, maddə 576, ¹ 8, maddələr 691, 692, ¹ 10, maddələr 875, 877, 904, ¹ 11, maddələr 993, 994, 995, ¹ 12, maddələr 1083, 1085; 2006, ¹ 2, maddələr 64, 68, ¹ 3, maddələr 219, 220, 223, 225, ¹ 5, maddə 385, ¹ 6, maddə 478, ¹ 11, maddələr 923, 924, 932, ¹ 12, maddələr 1005, 1020, 1024; 2007, ¹ 1, maddələr 3, 4, ¹ 2, maddələr 65, 68, ¹ 5, maddələr 397, 398, 401, 440, ¹ 6, maddələr 560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr 935, 936, 938, 940, ¹ 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, ¹ 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, ¹ 2, maddə 47, ¹ 3, maddələr 146, 152, 159, ¹ 4, maddə 249, ¹ 5, maddə 340, ¹ 6, maddələr 454, 460, 461, 464, ¹ 7, maddələr 601, 602, 605, ¹ 8, maddələr, 699, 701, 711, ¹ 10, maddələr 884, 885, ¹ 11, maddələr 956, 957, ¹ 12, maddələr 1045, 1047, 1049; 2009, ¹ 2, maddələr 36, 45, 49, 52, 53, ¹ 5, maddələr 309, 315, ¹ 6, maddələr 404, 405, ¹ 7, maddələr 517, 518, 519, ¹ 8, maddə 611, ¹ 12, maddələr 953, 954, 966, 971; 2010, ¹ 2, maddələr 70, 71, ¹ 3, maddələr 167, 171, 178, ¹ 4, maddələr 275, 276, ¹ 5, maddələr 379, 380, ¹ 6, maddə 483, ¹ 7, maddələr 577, 591, 594, 595, 598, 600, ¹ 10, maddə 838, ¹ 11, maddələr 936, 938, 949, ¹ 12, maddə 1059; 2011, ¹ 2, maddələr 70, 71, ¹ 3, maddələr 162, 164, 167, 168, 170, ¹ 4, maddələr 246, 254, ¹ 6, maddələr 470, 479, 487, ¹ 7, maddələr 596, 614, ¹ 10, maddə 881, ¹ 11, maddə 981, ¹ 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, ¹ 1, maddə 3, ¹ 2, maddə 50, ¹ 3, maddə 194, ¹ 4, maddə 271, ¹ 5, maddə 404, ¹ 6, maddə 499, ¹ 7, maddələr 649, 665, 667, ¹ 9, maddə 843, ¹ 11, maddələr 1046, 1047, 1055, 1064, 1069; 2013, ¹ 1, maddələr 12, 13, 23, ¹ 2, maddələr 90, 100, ¹ 3, maddələr 205, 218, 220, 225, ¹ 4, maddələr 354, 361, ¹ 5, maddələr 461, 473, 480, ¹ 6, maddələr 601, 617, 627, 629, ¹ 7, maddə 777, ¹ 8, maddə 888, ¹ 11, maddələr 1287, 1294, 1300, 1304, 1311, ¹ 12, maddələr 1471, 1480, 1496; 2014, ¹ 1, maddə 2, ¹ 2, maddələr 80, 91, 93, ¹ 3, maddə 236; ¹ 4, maddələr 326, 345, ¹ 5, maddə 466, ¹ 6, maddələr 599, 619, 621, ¹ 7, maddələr 765, 776, 781) aşağıdakı dəyişikliklər edilsin:

1. 15-ci maddə üzrə:

1.1. 15.3-cü maddənin ikinci cümləsinə “inzibati həbs” sözlərindən sonra “, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına isə həmçinin ictimai işlər və inzibati cərimə” sözləri əlavə edilsin;

1.2. 15.3-cü maddənin üçüncü cümləsi çıxarılsın;

1.3. “Qeyd” hissəsinin birinci abzasına (ikinci halda) “hərbi qulluqçuları” sözlərindən sonra “və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları” sözləri əlavə edilsin.

2. 28-1.3.5-ci maddəyə “hərbi qulluqçulara” sözlərindən sonra “və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına” sözləri əlavə edilsin.

3. 24-cü fəslin adına “uçot” sözündən sonra “, hərbi qeydiyyat və səfərbərlik” sözləri əlavə edilsin.

4. 349-cu, 350-ci, 351-ci, 354-cü və 355-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“Maddə 349. Çağırışçılar və hərbi vəzifəlilər haqqında məlumatların vaxtında verilməməsi

349.1. İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə -

vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər dörd yüz manat miqdarında cərimə edilir.

349.2. Çağırışçıların və hərbi vəzifəlilərin sağlamlıq imkanlarının məhdudluğunun və ya əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixiyeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə -

vəzifəli şəxslər yüz əlli manat miqdarında, hüquqi şəxslər üç yüz manat miqdarında cərimə edilir.

349.3. Bu Məcəllənin 349.1-ci və 349.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması, hərbi qeydiyyatdan çıxarılmasının rəsmiləşdirilməsi və ya hərbi qeydiyyat məlumatının dəqiqləşdirilməsi üçün tələb olunan məlumatları çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə -

vəzifəli şəxslər yüz manat miqdarında, hüquqi şəxslər iki yüz manat miqdarında cərimə edilir.

Maddə 350. İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırma

İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə -

xəbərdarlıq edilirya otuz manat miqdarında cərimə edilir.

Maddə 351. Çağırışçılara və hərbi vəzifəlilərə çağırış barədə məlumatın verilməməsi

Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən çağırışçılara və hərbi vəzifəlilərə onların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə məlumatın verilməməsi, yaxud onların çağırış məntəqələrinə və ya toplanış yerinə vaxtında gəlməsinə maneçilik törədilməsinə görə -

vəzifəli şəxslər səksən manat miqdarında, hüquqi şəxslər iki yüz manat miqdarında cərimə edilir.

Maddə 354. Hərbi qeydiyyat qaydalarının pozulması

354.1. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatını aparan orqanın vəzifəli şəxsi tərəfindən çağırışçılardan və hərbi vəzifəlilərdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmayan əlavə sənədlərin tələb edilməsinə, hərbi qeydiyyata alınma haqqında vəsiqəyə yanlış məlumatların daxil edilməsinə, onların hərbi qeydiyyata alınmasından, hərbi qeydiyyatdan çıxarılmasından və ya hərbi qeydiyyata alınma haqqında vəsiqənin verilməsindən əsassız imtina edilməsinə görə -

üç yüz manat miqdarında cərimə edilir.

354.2. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə, yəni:

354.2.1. hərbi vəzifəlilər ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə;

354.2.2. hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına;

354.2.3. hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə -

xəbərdarlıq edilirya otuz manat miqdarında cərimə edilir.

354.3. Çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 350-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə -

xəbərdarlıq edilirya əlli manat miqdarında cərimə edilir.

Qeyd: Bu Məcəllənin 354.3-cü maddəsində göstərilən əməl növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Maddə 355. Hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsi

Çağırışçılar və hərbi vəzifəlilər hərbi biletinya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə -

xəbərdarlıq edilirya əlli manat miqdarında cərimə edilir.”.

5. 352-ci və 353-cü maddələr ləğv edilsin.

6. 356-cı maddə üzrə:

6.1. 356.1-ci maddənin sanksiyasında “yetmiş manatdan doxsan manatadək miqdarda” sözləri “iki yüz qırx manat miqdarında” sözləri ilə əvəz edilsin;

6.2. 356.2-ci maddənin dispozisiyasında “Azərbaycan Respublikasının qanunvericiliyinə” sözləri “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə, sanksiyasında “səksən manatdan doxsan manatadək miqdarda” sözləri “iki yüz altmış manat miqdarında” sözləri ilə əvəz edilsin.

7. 356-1-ci maddə üzrə:

7.1. 356-1.1-ci maddənin sanksiyasında “otuz manatdan əlli manatadək miqdarda” sözləri “yüz iyirmi manat miqdarında” sözləri ilə, “altmış manatdan doxsan manatadək miqdarda” sözləri “iki yüz əlli manat miqdarında” sözləri ilə əvəz edilsin;

7.2. 356-1.2-ci maddənin dispozisiyasından “qanunvericiliklə nəzərdə tutulmuş” sözləri çıxarılsın, sanksiyasında “yetmiş manatdan doxsan manatadək miqdarda” sözləri “yüz səksən manat miqdarında” sözləri ilə, “yüz əlli manatdan iki yüz manatadək miqdarda” sözləri “iki yüz əlli manat miqdarında” sözləri ilə əvəz edilsin.

8. 360.1-ci maddədə “351 və 353.1-ci” sözləri “349, 351, 354.1, 356 və 356-1-ci” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 dekabr 2014-cü il

Azərbaycan.-2015.- 5 fevral.- S.3.