Yuli Qusman: Arzu
edirəm ki, Polad
Bülbüloğlunun
növbəti ad günü
Şuşada qeyd olunsun
Arzu edirəm
ki, dostum, bəstəkar, səfir, musiqiçi Polad Bülbüloğlunun növbəti
ad günü Şuşada
qeyd olunsun.
Bu sözləri xalq artisti Polad Bülbüloğlunun
70 illik yubiley tədbirində iştirak
etmək üçün
Bakıya gələn
məşhur həmyerlimiz,
Rusiyanın tanınmış
rejissoru Yuli Qusman Fəxri xiyabanı ziyarət edərkən jurnalistlərə
müsahibəsində deyib.
Y.Qusman bildirib ki, Azərbaycan sürətlə inkişaf
edir. Hər dəfə
Bakıya qayıdanda öz evimə qayıtdığımı hiss edirəm. Mən Fəxri xiyabanda
şəxsən tanıdığım,
sevdiyim Heydər Əliyev və xanımının məzarlarını
ziyarət etdim. Onlar görkəmli şəxsiyyətlərdir.
Azərbaycan.-2015.- 5 fevral.- S.2.