Ədliyyə naziri Salyan şəhərində vətəndaşları
qəbul edib
Prezident
İlham Əliyevin dövlət qurumları tərəfindən
insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların
müraciətlərinə qayğı və həssaslıqla
yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin
olunması ilə bağlı tapşırıqları
Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə
saxlanılır, bu məqsədlə vətəndaşların
bölgələrdə qəbulu davam etdirilir.
Mərkəzi
icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər
və rayonlarda vətəndaşların qəbulu cədvəlinə
uyğun olaraq, fevralın 4-də ədliyyə naziri Fikrət
Məmmədov Salyan şəhərindəki Heydər
Əliyev Mərkəzində Salyan, Cəlilabad və Biləsuvar
rayonlarında yaşayan vətəndaşların qəbulunu
keçirib.
Ədliyyə
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər
ki, qəbuldan əvvəl nazir Fikrət Məmmədov və
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir
Kərimov ümummilli lider Heydər Əliyevin abidəsini
ziyarət edərək, Ulu Öndərin əziz xatirəsinə
dərin ehtiramlarını bildiriblər.
Qəbula
yazılış qabaqcadan başlanılaraq vətəndaşların
rahatlığının təmin edilməsi üçün
nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq
birbaşa yazılmaq imkanı yaradılıb.
Gün
ərzində aparılmış qəbul zamanı ədliyyə
və məhkəmə fəaliyyəti, habelə digər
müxtəlif məsələlərlə bağlı hər
bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə
qaldırılan məsələlərin bir qismi elə yerindəcə
öz həllini tapıb, digər müraciətlər üzrə
qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul
işçilərinə müvafiq tapşırıqlar
verilib.
Eyni
zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə
aid olmayan digər məsələlərlə bağlı
müraciətlərə baxılıb, onların araşdırılması
üçün aidiyyəti üzrə göndərilməsi
təmin olunub.
Vətəndaşlar
bölgə sakinlərinin yerindəcə qəbulu və
müraciətlərinə baxılması üçün
rahat və əlverişli şərait yaradılmasından
razılıqlarını ifadə edərək, göstərilən
diqqət və qayğıya görə Prezident İlham
Əliyevə minnətdarlıqlarını bildiriblər.
Səfər
zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə
orqanlarının, o cümlədən Salyanda yerləşən
cəzaçəkmə müəssisəsinin fəaliyyəti
və iş şəraiti ilə tanış olub, hakimlər
və ədliyyə işçiləri ilə
görüşərək bu il yanvarın 27-də Azərbaycan
Prezidentinin 2014-2018-ci illərdə regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının birinci ilinin
yekunlarına həsr olunan konfransda vətəndaş-məmur
münasibətlərinin sağlam zəmində qurulması,
insanlara layiqli xidmət göstərilməsi, etik
davranış qaydalarına ciddi riayət olunması,
korrupsiyaya şərait yaradan hallara yol verilməməsi ilə
bağlı tələblərini diqqətə
çatdıraraq aidiyyəti tövsiyə və
tapşırıqlarını verib.
Azərbaycan.-2015.- 5 fevral.- S.5.