Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin iqtisadiyyat
nazirinin başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də
Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihad
Zeybekçinin başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
Nazir
Nihad Zeybekçi Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğanın salamlarını dövlətimizin
başçısına çatdırdı.
Görüşdə
ölkələrimiz arasında dostluq və qardaşlıq
münasibətlərinin bütün sahələrdə
uğurlu inkişafından məmnunluq ifadə olundu, ikitərəfli
əlaqələrimizin siyasi, iqtisadi, enerji,
qarşılıqlı sərmayə qoyuluşu, infrastruktur,
müasir sənaye parklarının yaradılması, ticarət,
kənd təsərrüfatı və digər sahələrdə
daha da genişləndirilməsi ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin
başçısı Prezident Rəcəb Tayyib
Ərdoğanın salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Türkiyə dövlətinin
başçısına çatdırmağı xahiş
etdi.
Azərbaycan.-2015.- 6 fevral.- S.1.