“İnformasiya
əldə etmək haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununu “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 995-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 12, maddə 1080; 2007, ¹ 8, maddə 756; 2010, ¹ 3, maddələr 171, 172; 2011, ¹ 3, maddə 162, ¹ 7, maddə 617; 2012, ¹ 5, maddə 405, ¹ 7, maddə 653) 38.2.8-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 38.2.9-cu maddə əlavə edilsin:
“38.2.9. maliyyə əməliyyatları barədə məlumatlar.”.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2014-cü il
Azərbaycan.-2015.- 6 fevral.- S.2.