Azərbaycan Prezidenti İlham Əliyev Münxendə Fransanın
müdafiə naziri Jan-İv Lö
Drian ilə görüşüb
Fevralın
6-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Münxendə Fransa Respublikasının müdafiə
naziri Jan-İv Lö Drian ilə görüşüb.
Görüşdə
ölkələrimiz arasında ikitərəfli münasibətlərin
inkişafından məmnunluq ifadə olundu. Əlaqələrimizin
son illərdə müxtəlif sahələr üzrə
intensiv inkişaf etdiyi bildirildi. Bu əməkdaşlığın
nəticəsi olaraq ötən il Azərbaycanın ikinci
peykinin istismara verilməsinin əhəmiyyəti
vurğulandı.
Söhbət
zamanı Azərbaycan və Fransa prezidentlərinin
qarşılıqlı səfərlərinin ölkələrimiz
arasında əlaqələrin inkişafına, əməkdaşlığın
yeni sahələrinin müəyyən olunmasına təkan
verdiyi diqqətə çatdırıldı. Əlaqələrimizin
müdafiə sənayesi sahəsində də genişləndiyi
bildirildi.
AzərTAc
Azərbaycan.-2015.- 7 fevral.- S.2.