Azərbaycan Prezidenti İlham Əliyevin keçmiş
Yuqoslaviya
Makedoniya Respublikasının Prezidenti
George İvanov ilə
görüşü
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin fevralın
6-da Münxendə keçmiş Yuqoslaviya Makedoniya
Respublikasının Prezidenti George İvanov ilə
görüşü olub.
Görüşdə
ölkələrimiz arasında ikitərəfli münasibətlərin
müxtəlif sahələrdə uğurla inkişaf etdiyi
bildirildi. Enerji, gömrük, mədəniyyət, idman və
digər sahələrdə əməkdaşlığın
genişlənməsi üçün yaxşı perspektivlərin
olduğu vurğulandı. Bu ilin iyununda Bakıda keçiriləcək
ilk Avropa Oyunlarının əhəmiyyəti qeyd olundu.
Söhbət
zamanı əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyinə
əminlik ifadə olundu.
AzərTAc
Azərbaycan.-2015.- 7 fevral.- S.2.