Azərbaycan Prezidenti İlham Əliyevin və Finlandiya

 Prezidenti Sauli Niinistönün Münxendə görüşü

 

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri

 

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Finlandiya Respublikasının Prezidenti Sauli Niinistönün Münxendə görüşü olub.

 

Görüşdə Azərbaycan ilə Finlandiya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Ölkələrimizin bu əlaqələri daha da genişləndirməkdə maraqlı olduğu bildirildi. Qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulandı. Finlandiya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurlu fəaliyyəti qeyd edildi, birgə müəssisələrin yaradılmasının önəmi diqqətə çatdırıldı.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı.

 

AzərTAc

Azərbaycan.-2015.- 8 fevral.- S.1.