Azərbaycan Prezidenti İlham Əliyevin və Əfqanıstan Prezidenti
Məhəmməd
Əşrəf Qaninin görüşü
Azərbaycan Prezidenti İlham
Əliyevin Almaniyaya işgüzar səfəri
Fevralın
7-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin və Əfqanıstan İslam Respublikasının
Prezidenti Məhəmməd Əşrəf Qaninin Münxendə
görüşü olub.
Görüşdə Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Ölkələrimizin faydalı qarşılıqlı təcrübə mübadiləsi apardığı qeyd olundu.
Söhbət zamanı tikinti, nəqliyyat, kənd təsərrüfatı, yük daşımaları, sərmayə qoyuluşu və digər sahələrdə layihələrin həyata keçirilməsi, treninqlərin təşkili istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2015.- 8 fevral.- S.1.