“Bələdiyyələrin maliyyəsinin əsasları
haqqında”
Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununu “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1005-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 12, maddə 690; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 5, maddə 242; 2004, ¹ 4, maddə 202; 2005, ¹ 2, maddə 62; 2007, ¹ 11, maddə 1082; 2010, ¹ 3, maddə 173; 2011, ¹ 12, maddə 1075) 7-ci maddəsinin 2-ci bəndinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Bu maddənin 1.7-ci yarımbəndində göstərilən dövlət büdcəsindən yerli büdcələrə ayrılan dotasiya və subvensiyalar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 32.2.2-ci və 34.4-cü maddələri ilə müəyyən edilmiş qaydada verilir.”.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2014-cü il
Azərbaycan.-2015.- 8 fevral.- S.3.