“Azərbaycan Respublikası hökuməti
ilə Qətər Dövləti hökuməti arasında təhlükəsizlik
məsələləri üzrə əməkdaşlığa
dair” Sazişin təsdiq
edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası hökuməti ilə Qətər Dövləti hökuməti arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa dair” 2014-cü il oktyabrın 20-də Doha şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2014-cü il
Azərbaycan.-2015.- 8 fevral.- S.4.