“Mərkəzi icra
hakimiyyəti orqanları tərəfindən konkret
sahələr üzrə elektron xidmətlər
göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin
Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli
191 nömrəli qərarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
№ 19 Bakı şəhəri,
29 yanvar 2015-ci il
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1079-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 4 noyabr tarixli 342 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə 449, № 5, maddə 560, № 6, maddələr 733, 747,
№ 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr 1505, 1506; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 noyabr tarixli 377 nömrəli qərarı) ilə təsdiq edilmiş
2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nın 33.5-1-ci bəndində “3” rəqəmi “10” rəqəmi ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 8 fevral.- S.4.