“Bağlaşma əsasında həqiqi hərbi
xidmətə daxilolmanın
halları və Qaydası”nın təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 21
Bakı şəhəri, 2 fevral 2015-ci il
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası” təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası
Nazirlər
Kabinetinin 2015-ci il 2 fevral
tarixli
21 nömrəli qərarı ilə
təsdiq
edilmişdir
Bağlaşma
əsasında həqiqi hərbi xidmətə daxilolmanın
halları və QAYDASI
1. Ümumi müddəalar
1.1.
“Bağlaşma əsasında həqiqi hərbi xidmətə
daxilolmanın halları və Qaydası” (bundan sonra – Qayda) “Hərbi
vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2012-ci
il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.9-cu
yarımbəndinin icrasını təmin etmək məqsədi
ilə hazırlanmışdır.
1.2. Bu
Qayda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə
və Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə
həqiqi hərbi xidmətə bağlaşma əsasında
könüllü daxil olan Azərbaycan Respublikasının vətəndaşlarına,
həmçinin əcnəbilər və vətəndaşlığı
olmayan şəxslərə şamil edilir.
2.
Bağlaşma əsasında həqiqi hərbi xidmətə
daxilolmanın halları
2.1. Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində və
ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq yaradılmış başqa silahlı birləşmələrdə
ştat üzrə vəzifələrə
uyğun olaraq həqiqi hərbi xidmət keçmək
üçün “Hərbi vəzifə və hərbi xidmət
haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə
əsasən müəyyən edilmiş tələblərə
cavab verən Azərbaycan Respublikasının vətəndaşları,
həmçinin əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər bağlaşma əsasında həqiqi
hərbi xidmətə könüllü daxil olurlar.
2.2. “Hərbi
vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikası Qanununun 3.4-cü maddəsinə və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 23 noyabr tarixli 276-18
nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası qadın vətəndaşlarının hərbi
uçot ixtisaslarının Siyahısı”na əsasən hərbi
uçot ixtisası olan 19 yaşından 40 yaşınadək
Azərbaycan Respublikasının qadın vətəndaşları
özlərinin razılığı ilə hərbi qeydiyyata
götürülür və bağlaşma əsasında Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində və
ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq yaradılmış başqa silahlı birləşmələrdə
hərbi xidmətə qəbul edilirlər.
2.3. Azərbaycan Respublikasının vətəndaşları,
həmçinin əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər bağlaşma əsasında həqiqi
hərbi xidmətə bu Qaydanın 3.1-ci bəndində
göstərilmiş müvafiq dövlət orqanlarının
və ya hərbi hissələrin təşkilati-ştat
strukturu üzrə vakant vəzifələr olduğu hallarda qəbul
edilirlər.
2.4.
Bağlaşma əsasında həqiqi hərbi xidmətə
daxil olan şəxslər fiziki hazırlıqlı, mənəvi-psixoloji
cəhətdən sağlam, hərbi xidmət keçəcəyi
ixtisas üzrə bilikli və ən azı ümumi orta təhsilli
olmalıdırlar.
2.5. Həqiqi
hərbi xidmətə könüllü daxil olmaq arzusunu
bildirmiş şəxslər həqiqi hərbi xidmətə
daxil olarkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq
edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə
uyğun olaraq tibbi müayinədən keçir və şəhadətləndirilirlər.
2.6. Həqiqi
hərbi xidmətə könüllü daxil olmaq istəyən
qanunla müəyyənləşdirilən müddətli həqiqi
hərbi xidməti başa çatdırmış hərbi
qulluqçulara, hərbi vəzifəlilərə və hərbi
qeydiyyatda olmayan qadınlara bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərində nəzərdə
tutulmuş sənədlər əsasında şəxsi
iş tərtib edilir.
2.7.
Əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə bu Qaydanın 3.6-cı bəndində
nəzərdə tutulmuş sənədlər əsasında
şəxsi iş tərtib edilir.
2.8. Həqiqi
hərbi xidmətə qəbul üçün müəyyən
edilmiş tələblərə cavab verən Azərbaycan
Respublikasının vətəndaşları ilə, həmçinin
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslərlə Azərbaycan Respublikasının
Silahlı Qüvvələri və ya Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
yaradılmış başqa silahlı birləşmələr
arasında onların həqiqi hərbi xidmətə daxil
olmasına dair bağlaşma tərtib edilir.
2.9.
Bağlaşma əsasında həqiqi hərbi xidmətə
daxil olan şəxslərin müəyyən olunmuş tələblərə
uyğun olaraq həqiqi hərbi xidmətə qəbul və
ya imtina edilməsinə dair rəyin verilməsi bu Qaydanın
3.1-ci bəndində göstərilmiş müvafiq dövlət
orqanlarına və ya hərbi hissələrə həvalə
edilir.
2.10. “Hərbi
vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikası Qanununun 36-cı maddəsinə uyğun olaraq
bağlaşma əsasında aşağıdakı həqiqi
hərbi xidmətlərə könüllü daxil olurlar:
2.10.1.müddətdən
artıq həqiqi hərbi xidmətə – ən azı
ümumi orta təhsili olan, qanunla müəyyənləşdirilən
müddətli həqiqi hərbi xidməti başa
çatdırmış hərbi qulluqçular, 40
yaşınadək hərbi vəzifəlilər (zabitlər,
gizirlər və miçmanlar istisna olmaqla), habelə 19
yaşından 40 yaşınadək qadınlar;
2.10.2.xüsusi
təyinatlı ali təhsil müəssisələrinin
kursantlarının həqiqi hərbi xidmətinə –
xüsusi təyinatlı ali təhsil müəssisəsinə
qəbul edildiyi ildə 17 yaşı tamam olan və 19
yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi
rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil
müəssisələrində oxumaq arzusunu bildirən 18
yaşından 23 yaşınadək hərbi qulluqçular;
2.10.3.
gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə
– ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət
keçmiş əsgərlər, matroslar, çavuşlar, 40
yaşınadək hərbi vəzifəlilər (zabitlər
istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək
qadınlar;
2.10.4.
zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə
olmağın son yaş həddinə çatmamış
ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi
verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə
olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər
və qadınlar.
3.
Bağlaşma əsasında həqiqi hərbi xidmətə
daxilolmanın qaydası
3.1.Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan
Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə,
Azərbaycan Respublikasının Fövqəladə Hallar
Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd
Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi
Dövlət Mühafizə Xidmətinə və Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinə
həqiqi hərbi xidmətə fərdi qaydada
könüllü daxil olmaq istəyən həqiqi hərbi
xidmət hərbi qulluqçularının, hərbi vəzifəlilərin
və hərbi qeydiyyatda olmayan qadınların, həmçinin
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslərin seçilməsini, sənədlərin
toplanılmasını və şəxsi işlərin tərtib
edilməsini həmin dövlət orqanlarının kadr
aparatları həyata keçirirlər.
3.2. Hərbi
qeydiyyatda olmayan qadınlar özlərinin
razılığı ilə Azərbaycan Respublikası Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə
və ya bölməsi tərəfindən hərbi qeydiyyata
götürülürlər. Hərbi qeydiyyata götürülmüş Azərbaycan
Respublikasının qadın vətəndaşlarına, həmçinin
xüsusi təyinatlı ali təhsil müəssisələrinin
kursantlarına hərbi bilet verilir.
3.3. Zərurət
yarandığı halda, bu Qaydanın 3.1-ci bəndində
göstərilmiş müvafiq dövlət orqanlarının
və ya hərbi hissələrin tələbnamələrinə
(sifarişlərinə) uyğun olaraq, bağlaşma əsasında
həqiqi hərbi xidmətə qəbul edilməsi
üçün seçilmiş hərbi vəzifəlilərin
və hərbi qeydiyyatda olmayan qadınlarınsənədləri
əsasında onların şəxsi işlərinin tərtib
edilməsi və aidiyyəti üzrə göndərilməsi
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin yerli idarə, şöbə və bölmələri
tərəfindən həyata keçirilir.
3.4. Şəxsi
iş tərtib edilməsi üçün bu Qaydanın 3.1-ci
bəndində göstərilmiş müvafiq dövlət
orqanlarına və ya hərbi hissələrə
aşağıdakı sənədlər (müvafiq dövlət
orqanları tərəfindən xidmətə (qulluğa) qəbul
edilməsi üçün qanunvericiliklə müəyyən
edilmiş sənədlərdən başqa) təqdim edilir:
3.4.1. şəxsiyyəti təsdiq edən sənəd;
3.4.2.ərizə
və ya raport;
3.4.3. şəxsən yazılmış tərcümeyi-hal;
3.4.4. xidmət (iş və ya təhsil) yerindən
xasiyyətnamə;
3.4.5.təhsil haqqında sənədin surəti;
3.4.6.doğum haqqında şəhadətnamənin
surəti;
3.4.7.nikah haqqında şəhadətnamənin surəti
(evli olduqda);
3.4.8. uşaqların doğum haqqında şəhadətnamələrinin
surəti (uşaq olduqda);
3.4.9. 4 ədəd
(başıaçıq, anfas) 3x4 sm ölçüdə və
2 ədəd 9x12 sm ölçüdə fotoşəkil
(kursantların həqiqi hərbi xidmətinə daxil olanlar
üçün 4,5x6 sm ölçüdə);
3.4.10. məhkumluğun olub-olmaması barədə
arayış.
3.5. Həqiqi
hərbi xidmətə könüllü daxil olmaq istəyən
şəxslər üçün tərtib edilmiş şəxsi
işlərə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş
müvafiq dövlət orqanları və ya hərbi hissə tərəfindən
əlavə olunan sənədlər
aşağıdakılardır:
3.5.1.sağlamlıq vəziyyətinə görə
hərbi xidmətə yararlı olması barədə
müvafiq hərbi-həkim komissiyasının qərarı;
3.5.2.rejim obyektlərində işə
buraxılışı rəsmiləşdirmək
üçün sənədlər.
3.6.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər tərəfindən bu Qaydanın
3.4.1-ci, 3.4.2-ci, 3.4.5-ci, 3.4.9-cu yarımbəndlərində
göstərilmiş sənədlər təqdim edilir.
3.7.
Bağlaşma əsasında könüllü həqiqi hərbi
xidmətə qəbulla bağlı bu Qaydanın 3.1-ci bəndində
göstərilmiş müvafiq dövlət orqanları və
ya hərbi hissələr tərəfindən
aşağıdakı tədbirlər həyata keçirilir:
3.7.1. ailə tərkibi
və yaşayış yerinin yoxlanılması;
3.7.2. tibbi şəhadətləndirmənin
keçirilməsi (Hərbi-həkim komissiyası);
3.7.3.
peşə-psixoloji seçim üzrə tədbirlərin
keçirilməsi;
3.7.4. bilik, bacarıq (qəbul olunacaq ixtisasa
uyğun) və fiziki hazırlıq səviyyəsinin həqiqi
hərbi xidmətə qəbul üçün müəyyən
edilmiş tələblərə cavab verməsinin
yoxlanılması.
3.8.
Peşə psixoloji seçim üzrə tədbirlər bu sahə
üzrə mütəxəssislər tərəfindən
aparılır. Bu zaman namizədlərdə
aşağıdakılar qiymətləndirilir:
3.8.1. intellektual inkişafın səviyyəsi;
3.8.2. hərbi xidmət keçməyə psixoloji cəhətdən
hazırlıq dərəcəsi;
3.8.3. dərketmə qabiliyyəti (qavrama);
3.8.4. məntiqli düşünmə qabiliyyəti;
3.8.5. ünsiyyət yaratmaq bacarığı.
3.9. Bu
Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq
dövlət orqanları və ya hərbi hissələr tərəfindən
bağlaşmanın imzalanmasından aşağıdakı
hallarda imtina edilir:
3.9.1. ikilivətəndaşlığıvə yadigərdövlətlərqarşısındaöhdəlikləriolduqda
(əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər istisna olmaqla);
3.9.2.məhkumluğuödənilmədikdəvəyaüzərindəngötürülmədikdə,
həmçinin ağırvəyaxüsusilə ağır
cinayəttörətdikdə;
3.9.3. təqdim edilən sənədlərdətəhrifolunmuşməlumatlarınqeydedilməsiaşkarolunduqda;
3.9.4. Hərbi-həkim
komissiyası tərəfindən keçirilən tibbişəhadətləndirməninnəticəsinəgörəhəqiqihərbixidmətəyararsızhesabedildikdə;
3.9.5. peşəpsixolojiseçimdənkeçmədikdə;
3.9.6. bilik, bacarıqvəfizikihazırlıqsəviyyəsimüəyyənedilmiştələblərəcavabvermədikdə;
3.9.7. öyrənilmətədbirlərikeçirilənzamanhəqiqihərbixidmətəqəbulamaneolandigər
hallarmüəyyənedildikdə.
3.10.
Bağlaşma əsasında həqiqi hərbi xidmətə
daxil olmaq arzusunu bildirmiş şəxs bağlaşma
imzalananadək öz istəyindən imtina edə bilər.
3.11. Bu
Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq
dövlət orqanları bu Qaydanın 2.10-cu bəndində nəzərdə
tutulmuş tələblərə cavab verməyən,
bağlaşma əsasında həqiqi hərbi xidmətə
daxil olmaq arzusunu bildirmiş Azərbaycan Respublikasının vətəndaşları
ilə, həmçinin əcnəbilər və vətəndaşlığı
olmayan şəxslərlə bağlaşmadan imtina edirlər.
3.12. Həqiqi
hərbi xidmətə daxil olmaq arzusunu bildirmiş Azərbaycan
Respublikasının vətəndaşları həqiqi hərbi
xidmətə könüllü daxil olduqda, “Hərbi vəzifə
və hərbi xidmət haqqında” Azərbaycan
Respublikasının Qanunu, “Hərbi xidmətkeçmə
haqqında Əsasnamə” və bu Qayda ilə tanış
edildikdən sonra, onlarla Azərbaycan Respublikasının
Silahlı Qüvvələri və Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
yaradılmış başqa silahlı birləşmələr
arasında həqiqi hərbi xidmətə daxil olmağa dair
bağlaşma eyni hüquqi qüvvəyə malik üç
əsl nüsxədən ibarət tərtib edilir (bu Qaydaya 1
nömrəli əlavə). Bağlaşmanın
bir nüsxəsi hərbi xidmətə daxil olan şəxsə
verilir, digər nüsxəsi (nüsxələri) isə bu
Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq
dövlət orqanının aidiyyəti qurumunda
saxlanılır.
3.13. Həqiqi
hərbi xidmətə daxil olmaq arzusunu bildirmiş əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər
həqiqi hərbi xidmətə könüllü daxil olduqda
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikasının Qanunu, “Hərbi xidmətkeçmə
haqqında Əsasnamə” və bu Qayda ilə tanış
edildikdən sonra, onlarla Azərbaycan Respublikasının
Silahlı Qüvvələri və Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
yaradılmış başqa silahlı birləşmələr
arasında həqiqi hərbi xidmətə daxil olmağa dair
öhdəlik eyni hüquqi qüvvəyə malik iki əsl
nüsxədən ibarət tərtib edilir (bu Qaydaya 2 nömrəli
əlavə).
3.14. Tərtib
edilmiş bağlaşma bu Qaydanın 3.1-ci bəndində
göstərilmiş müvafiq dövlət orqanlarının
səlahiyyətli vəzifəli şəxsləri tərəfindən
imzalanır.
3.15. Həqiqi
hərbi xidmətə könüllü daxil olmuş Azərbaycan
Respublikasının vətəndaşları Azərbaycan
Respublikasına və onun xalqına sadiq olacaqları barədə
hərbi and içirlər.
3.16.
Əvvəllər başqa dövlətin silahlı qüvvələrində
xidmət etmiş əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər bağlaşma əsasında Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində hərbi
xidmətə daxil olarkən, hərbi andın yerinə Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına əməl
edəcəkləri barədə öhdəlik
götürürlər.
3.17.
Bağlaşma hər iki tərəf imzaladıqdan sonra
qüvvəyə minir. Şəxsin həqiqi hərbi
xidmətə qəbul edilməsi barədə şəxsi heyət
üzrə əmr verilir. Bağlaşma əsasında
hərbi xidmətə könüllü daxil olanların həqiqi
hərbi xidmətinin başlanğıcı
bağlaşmanın imzalandığı gün hesab edilir.
3.18. Bu
Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq
dövlət orqanları və ya hərbi hissələr tərəfindən
bağlaşma əsasında həqiqi hərbi xidmətə
qəbul edilmiş hərbi vəzifəlilər və hərbi
qeydiyyatda olan Azərbaycan Respublikasının qadın vətəndaşları
barədə şəxsi heyət üzrə əmrlərdən
çıxarışların bir nüsxəsi və ya məktub
hərbi qeydiyyatdan çıxarılması üçün
onların hərbi qeydiyyatda olduqları Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
yerli idarə, şöbə və bölmələrinə
göndərilir.
3.19. Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
yerli idarə, şöbə və bölmələri tərəfindən
bağlaşma əsasında hərbi xidmətə qəbul
edilmiş hərbi vəzifəlilərin və hərbi
qeydiyyata götürülmüş Azərbaycan
Respublikasının qadın vətəndaşlarının hərbi
biletləri onların hərbi qeydiyyatdan
çıxarılması barədə qeydlər
aparılmaqla, bu Qaydanın 3.1-ci bəndində göstərilmiş
müvafiq dövlət orqanlarına və ya hərbi hissələrə
göndərilir.
3.20. Hərbi
qulluqçunun həqiqi hərbi xidmətdən
buraxılması ilə əlaqədar bu Qaydanın 3.1-ci bəndində
göstərilmiş müvafiq dövlət orqanları və
ya hərbi hissənin əmri ilə şəxsi heyətin
siyahısından çıxarıldığı gün
bağlaşma əsasında hərbi xidmətə
könüllü daxil olanların həqiqi hərbi xidmətinin
sonu hesab edilir.
3.21.
Bağlaşma əsasında həqiqi hərbi xidmətdə
olan əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər törədilmiş cinayətə
görə Azərbaycan Respublikasının
hüdudlarından kənara məcburi çıxarma
növündə cəzaya məhkum edildikdə və ya
onlarla bağlaşma ləğv olunduqda, həqiqi hərbi
xidmətdən istefaya buraxılırlar.
3.22. Həqiqi
hərbi xidmətə könüllü daxil olmuş hərbi
qulluqçulara, hərbi vəzifəlilərə və
qadınlara (xüsusi təyinatlı təhsil müəssisələrinin
kursantları istisna olmaqla), həmçinin əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə
onların qəbul olunduğu həqiqi hərbi xidmətin
növündən asılı olaraq, şəxsiyyəti təsdiq
edən xidməti vəsiqələr verilir.
3.23. Hərbi
qulluqçular “Hərbi vəzifə və hərbi xidmət
haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci və 42-ci
maddələrinə əsasən ehtiyata və ya istefaya
buraxıldıqda, həmçinin həlak olması, ölməsi,
itkin düşməsi və məhkəmənin qərarı
ilə ölmüş elan edilməsi ilə əlaqədar
şəxsi heyətin siyahısından
çıxarıldıqda, bağlaşma ləğv
olunmuş hesab edilir.
3.24.
Bağlaşmanı imzalanmaqdan imtina edildiyi halda,
toplanmış sənədlər müvafiq qaydada məhv
edilir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin yerli idarə, şöbə və bölmələrindən,
həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən
götürülmüş şəxsi işlər həmin
orqanlara qaytarılır.
3.25.
Bağlaşma əsasında həqiqi hərbi xidmətin
müddətləri “Hərbi vəzifə və hərbi xidmət
haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə
əsasən aşağıdakı kimi təqvim hesabı ilə
müəyyənləşdirilir:
3.25.1. müddətdən artıq həqiqi hərbi
xidmət hərbi qulluqçuları üçün:
müddətli həqiqi hərbi xidmətdən daxil olanlar,
ehtiyatdan daxil olanlar və qadınlar – 3 il. Bu müddət
bitdikdə, müddətdən artıq həqiqi hərbi xidmət
tərəflərin razılığı ilə həqiqi hərbi
xidmətdə olmağın son yaş həddinə
çatanadək hər dəfə 5 ilədək müddətə
uzadılır;
3.25.2. gizirlər və miçmanlar üçün
– 5 il. Bu müddət tərəflərin
razılığı ilə həqiqi hərbi xidmətdə
olmağın son yaş həddi çatanadək, hər dəfə
5 ilədək müddətə uzadılır;
3.25.3. ehtiyatdan bağlaşma əsasında həqiqi
hərbi xidmətə könüllü daxil olan zabitlər
üçün – 1 il 6 ay. Bu müddət bitdikdən sonra tərəflərin
razılığı ilə onlar kadr zabit heyətinə
keçirilirlər;
3.25.4. bağlaşma əsasında həqiqi hərbi
xidmətə könüllü daxil olan əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər – 3
ilədək. Bu müddət bitdikdən sonra tərəflərin
razılığı ilə yeni bağlaşma
bağlanılır.
4. Yekun müddəalar
4.1. Bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarında və hərbi hissələrdə həqiqi hərbi xidmətə könüllü daxil olan şəxslər Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanunlarına, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər.
4.2. Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olan hərbi qulluqçuların hərbi vəzifələrinin yerinə yetirilməsi ilə bağlı tədbirlərin maddi təminatı Azərbaycan Respublikası dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin, habelə təşkilatların vəsaiti hesabına “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Azərbaycan201.-5.- 8 fevral.- S.4.