F.Ə.Məmmədova 1-ci dərəcəli
dövlət vergi xidməti
müşaviri xüsusi rütbəsinin
verilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının vergilər naziri Fazil Əsəd oğlu Məmmədova 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 9 fevral 2015-ci il
Azərbaycan.-2015.- 10 fevral.- S.1.