Azərbaycan Respublikası Vergilər Nazirliyinin

 əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan  Respublikası  Vergilər  Nazirliyinin  aşağıdakı  əməkdaşlarına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin:

Əhmədov İlqar İsmayıl oğlu - Azərbaycan Respublikası vergilər nazirinin auditoperativ nəzarət sahələri üzrə müşaviri;

Eyyubov Şahin İslam oğlu - Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamentinin rəisi;

Məmmədov Elçin Fərrux oğlu - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi.

2. Azərbaycan Respublikasının vergilər nazirinin vergi cinayətlərinin ibtidai araşdırılması məsələləri üzrə müşaviri Namiq Məhi oğlu Quliyevə 3-cü dərəcəli dövlət ədliyyə müşaviri xüsusi rütbəsi verilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 9 fevral 2015-ci il

Azərbaycan.-2015.- 10 fevral.- S.1.