Azərbaycan Prezidenti İlham Əliyev Avropa Stolüstü
Tennis Birliyinin prezidentini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da
Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Krameri qəbul
edib.
Görüşdə
ölkəmizdə bütün idman növlərinin
inkişafına dövlət səviyyəsində göstərilən
diqqətdən danışıldı, paytaxtda və
regionlarda müasir idman infrastrukturunun yaradılması istiqamətində
həyata keçirilən ardıcıl işlərin önəmi
vurğulandı. Azərbaycan Stolüstü Tennis
Federasiyası və Avropa Stolüstü Tennis Birliyinin birgə
təşkilatçılığı ilə ölkəmizdə
stolüstü tennis üzrə Avropa “TOP-16” Kuboku uğrunda
yarışların yüksək səviyyədə
keçirildiyi bildirildi və bu cür tədbirlərin idman
sahəsində beynəlxalq əməkdaşlığın
daha da genişləndirilməsi işinə töhfə verəcəyinə
əminlik ifadə olundu.
Azərbaycan.-2015.- 10 fevral.- S.3.