Erməni yalanı Münxendə də ifşa olundu

 

Prezident İlham Əliyev bu dəfə də erməni xislətinin əsl mahiyyətini ortaya qoydu

 

Fevralın 7-də 51-ci Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsi keçirilib. Sloveniyanın Prezidenti Borut Pahorun sədrliyi ilə keçirilən paneldə Prezident İlham Əliyev çıxış edib və sualları cavablandırıb. Müzakirələrdə iştirak edən Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi erməni xislətini bir daha nümayiş etdirərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı işğalçı ölkənin maraqlarına xidmət edən absurd suallarla Prezident İlham Əliyevə müraciət edib. Dövlət başçısı isə həmişə olduğu kimi, bütün suallara tutarlı, arqumentli əsaslarla cavab verərək bir daha Azərbaycanın haqlı, Ermənistanın isə qeyri-konstruktiv mövqedə olduğunu diqqətə çatdırıb.

Dövlət başçısının qətiyyətli çıxışı günümüzün əsas müzakirə mövzusuna çevrilib və ölkə ictimaiyyəti hesab edir ki, Prezident İlham Əliyev bir daha Azərbaycan xalqının mövqeyini Münhen Təhlükəsizlik Konfransında da dünyaya bəyan edərək tutduğumuz haqlı yoldan dönməyəcəyimizi bildirib.

Bu məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov deyir ki, adıçəkilən toplantıda Prezident İlham Əliyev suallara tutarlı, bütün istiqamətlər üzrə doğru cavablar verdibütün cavablarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir məsələni hər dəfə onların diqqətinə çatdırdı: “Prezident dedi ki, biz Ermənistanın ərazisini işğal etməmişik, Ermənistan Azərbaycan torpaqlarını işğal edibbu ölkənin silahlı qüvvələri bizim ərazimizdədir. Dövlət başçısı bunu dəfələrlə vurğulayaraq beynəlxalq təşkilatlara mesaj verir ki, bu münaqişənin həllinə siz təsir etməlisiniz, Ermənistan qoşunlarının ərazilərimizdən çıxmasını məcbur etməlisiniz”.

Deputatın sözlərinə görə, paneldə Azərbaycan Prezidentinə sual verən Ermənistan XİN-in nümayəndəsi sual səsləndirərkən erməni riyakarlığı, erməni xisləti özünü qabarıq şəkildə nəzərə çatdırıb. Həmin şəxs beynəlxalq təşkilatların ortaya qoyduğu 3 şərti səsləndirərək sual verib. Amma bu şərtləri işğalçı ölkənin maraqlarına xidmət etdiyi formada sıralayıb: “Bu şəxs deyir ki, üç əsas prinsip xalqların öz müqəddəratını təyinetmə hüququ, gücdən istifadə etməmək və gücdən istifadə etməklə hədələməmək və ərazi bütövlüyüdür. Vasitəçilər danışıqlar prosesinin tərəflərini həmin üç əsas prinsiplə bağlı üzərlərinə öhdəlik götürməyə çağırıblar. Ermənistan dəfələrlə bu prinsiplərin yerinə yetirilməsi ilə bağlı öz üzərinə öhdəlik götürüb. Mənim sualım cənab Prezidentədir. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında əsas kimi bu üç prinsipin yerinə yetirilməsi ilə bağlı öz üzərinə öhdəlik götürməyə hazırdırmı? Bu sualın qoyuluş forması göstərir ki, erməni yenə də erməniliyini nümayiş etdirir. Halbuki ərazi bütövlüyü məsələsi öncə səslənməlidir. Sonra digər məsələlərə baxıla bilər. Prezident İlham Əliyev isə həmin riyakara çox doğru formada cavab verdi ki, Ermənistan ordusu hazırda işğal olunmuş Azərbaycan torpağındadır və erməni əsgərinin bizim torpaqdaişi var ki, gəlib orada ölsün? Dövlət başçısı bu məsələni xüsusi olaraq vurğulayır ki, Ermənistan dərs alsın”.

E.Məmmədov deyir ki, ermənilərin “xalqların öz müqəddəratını təyinetmə hüququ” məsələsini birinci səsləndirməsi böyük iddialardan xəbər verir. Ancaq dövlət başçısı iştirakçıların diqqətinə çatdırdı ki, qədim Azərbaycan torpaqlarında ermənilərə yer verilib və dövlət qurulub, müqəddərat məsələsi də həmin vaxt təyin edilib. İndi Dağlıq Qarabag ərazisində yaşayan erməninin sayı qədər Şimali Qafqazın müəyyən yerlərində erməni yaşayır. Bəlkə orda da öz müqəddəratını təyin etmək uğrunda “mübarizəyə qalxıb” bir dövlət yaradılmasını tələb etsinlər? Məhz ermənilərin bu çirkin niyyətlərini dünyaya nümayiş etdirən Prezident İlham Əliyev vurğulayıb ki, etimadinam Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxmasından sonra yarana bilər. Bir milyondan artıq azərbaycanlı öz yurd-yuvasına qayıtsın: “Son olaraq deyim ki, cənab Prezidentin adıçəkilən konfransdakı çıxışı və suallara verdiyi cavablar da xalqın ürəyindən gələn səsdir. Hər dəfə belə toplantılarda Prezident İlham Əliyev Ermənistan nümayəndəsinə, onu müdafiə edən təşkilatlara tutarlı, əsaslı cavab verirbuna görə də əminik ki, dövlət başçısı bu xalqı xoşbəxt gələcəyə aparır”.

Milli Məclisin deputatı Flora Qasımova isə bizimlə söhbətində bildirdi ki, Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransındakı çıxışı və suallara verdiyi cavablar xalqımızda böyük qürur, fəxarət hissi yaradıb. Dövlət başçısı Azərbaycan xalqının istəyini, bir milyondan çox qaçqın və məcburi köçkünün ürəyindəki arzusunu ifadə edərək dövlətimizin haqlı mövqeyini bir daha Avropaya, dünyaya çatdırmış oldu: “Dövlətimizin başçısı hər dəfə beynəlxalq toplantılarda iştirakçıların diqqətinə çatdırır ki, bu münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı ilə nəticələnib. Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ zəbt olunub. Dağlıq Qarabağdan bütün azərbaycanlılar zorla çıxarılıb. Amma 20 ildən çoxdur ki, ATƏT-in bu münaqişənin həlli ilə məşğul olan BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün - Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi Minsk qrupu heç bir nəticəyə hasil olmayıb”. Prezident İlham Əliyev xüsusi olaraq vurğulayıb ki, təcavüzkara adekvat təzyiq göstərmək üçün vasitəçilərdə siyasi iradənin olmaması bizim bu gün üzləşdiyimiz real vəziyyətə gətirib çıxarıb. Çünki Ermənistan əsasən asılı olan ölkədir. Bu ölkə özünü təmin edə bilmir. Onlar inkişaf edə bilmirlər və hətta onların dövlətçiliyi belə sual altındadır. Ermənistana xarici dəstək göstərilmədən bu ölkə yaşaya bilməz. Onlara dəstək əsasən Minsk qrupuna həmsədrlik edən ölkələr tərəfindən göstərilir. Deputat deyir ki, həqiqətən işğalçı ölkəyə adıçəkilən dövlətlər tərəfindən yardımlar edilməsə, Ermənistan çoxdan sülh danışıqlarına getmək məcburiyyətində qalardı. Ancaq Azərbaycana qarşı ikili standartlar prinsipinin bu gündavam etməsi bu münaqişənin həllini uzadır. Ona görə də dövlətimizin başçısı beynəlxalq təşkilatlara ciddi irad tutdu. Ermənistan nümayəndəsinin sualına isə tarixi faktlar, həqiqətlər əsasında verdiyi cavablar bir daha bu ölkənin işğalçı olduğunu və münaqişənin həllini qəsdən uzatdığını sübut etdi: “Cənab Prezident hər bir azərbaycanlının ürəyindən keçən sözləri söylədi və mən belə hesab edirəm ki, dövlət başçısı öz xalqına, öz silahlı qüvvələrinin gücünə arxayın olub bu sözləri qətiyyətlə hər dəfə söyləyir və Azərbaycanın haqq səsini dünyaya çatdırır. Bizbundan qürur duyuruq”.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2015.- 10 fevral.- S.6.