Yaponiya şirkətləri Azərbaycanda qeyri-neft sektoruna maraq göstərir

 

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Yaponiya Nazirlər Kabinetinin müşaviri, İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyində emaledici sənaye bürosunun baş direktoru Atsuo Kurodonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Nazirlikdən AzərTAc-a verilən məlumata görə, görüşdə Şahin Mustafayev Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının səmərəli fəaliyyəti ölkələrimiz arasında əlaqələrin inkişafında önəmli rol oynayır. Hazırda Azərbaycan Yaponiya ilə neft-qaz, energetika, maliyyə və investisiya sahəsində əməkdaşlıq edir. Son zamanlar Yaponiya şirkətləri Azərbaycanda qeyri-neft sektoruna maraq göstərir.

Şahin Mustafayev ölkəmizdə dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksinin yaradıldığını və bu sahədə Yaponiyanın “Marubeni Corporation” şirkətinin Azərbaycan tərəfinə məsləhət xidməti göstərdiyini qeyd edib. Azərbaycan tərəfi Yaponiya İxrac Bankının da ölkəmizdə fəaliyyətini dəstəkləyir. Ölkələrimiz arasında əlaqələrin inkişafı üçün geniş potensial var. Azərbaycanda sənaye parklarının fəaliyyətinin tam təşkili istiqamətində işlərin aparıldığını vurğulayan Ş.Mustafayev sənaye parklarında Yaponiya şirkətlərinin iştirakı və bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətini xatırladıb. Bundan başqa, kənd təsərrüfatı məhsullarının emalı və qablaşdırılması, adamları arasında əlaqələrin intensivləşdirilməsi, bu sahədə Azərbaycan və Yaponiyanın ixracın və investisiyaların təşviqi qurumları arasında əməkdaşlıq üçün geniş imkanlar var. “Azərbaycan Hökuməti və Yaponiya Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Sazişin imzalanması iqtisadi əlaqələrin gələcək inkişafı baxımından əhəmiyyətlidir və bu sahədə işlərin sürətləndirməsi məqsədəuyğundur. Artıq saziş layihəsi Yaponiya tərəfinə təqdim edilib.

Görüşdə nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin qazandığı uğurlar barədə məlumat vermiş, Azərbaycanın regionun aparıcı ölkəsi olduğunu vurğulayıb.

Atsuo Kurodo Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edib, ölkəmizə səfər zamanı keçirəcəyi görüşlərin əlaqələrimizin inkişafı baxımdan əhəmiyyətli olacağını vurğulayıb. Yaponiya-Azərbaycan əlaqələrinin inkişafı üçün geniş imkanların olduğunu bildirən A. Kurodo adamları arasında əlaqələrin daha da genişləndiriləcəyi təqdirdə Yaponiya İnvestisiya Bankının bu əməkdaşlığa dəstək göstərə biləcəyini deyib. Yaponiyalı qonaq adamları arasında əlaqələrin genişləndirilməsi baxımından 2015-ci ildə yapon adamları üçün Azərbaycan iqtisadiyyatı barədə seminarın təşkili niyyətində olduqlarını da bildirib.

 

Azərbaycan.-2015.- 10 fevral.- S.7.