Azərbaycan Prezidenti İlham Əliyev
Rusiya Hökuməti sədrinin
müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Rusiya Federasiyası Hökuməti sədrinin müavini Arkadi Dvorkoviçi qəbul edib.
Arkadi
Dvorkoviç Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və
Baş nazir Dmitri Medvedevin salamlarını dövlətimizin
başçısına çatdırdı.
Görüşdə
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası
arasında ikitərəfli münasibətlərin müxtəlif
sahələrdə uğurla inkişaf etdiyi bildirildi, dövlət
başçılarının mütəmadi
görüşlərinin əlaqələrimizin möhkəmləndirilməsi
baxımından əhəmiyyəti vurğulandı, ticarət
dövriyyəsinin və investisiya qoyuluşunun dinamik şəkildə
inkişaf etməsi məmnunluqla qeyd olundu.
Söhbət
zamanı ikitərəfli əlaqələrimizin bundan sonra da
möhkəmlənəcəyinə əminlik ifadə olundu,
iqtisadi əməkdaşlığımızın daha da
genişləndirilməsi ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin
başçısı Prezident Vladimir Putinin və Baş nazir
Dmitri Medvedevin salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Rusiya Federasiyasının
Prezidentinə və Baş nazirinə
çatdırmağı xahiş etdi.
Azərbaycan.-2015.- 11 fevral.- S.1.