Azərbaycan ilə Bolqarıstan
arasında hərbi sahədə əməkdaşlıq
genişlənir
Fevralın
10-da Azərbaycan Respublikasının müdafiə naziri,
general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə
olan Bolqarıstan Respublikasının iqtisadiyyat naziri Bojidar
Lukarskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər
ki, görüşdə Azərbaycan ilə Bolqarıstan
arasında müxtəlif istiqamətlərdə münasibətlərin
uğurla inkişaf etdiyindən, o cümlədən hərbi
sahədə də əməkdaşlığın genişləndirilməsindən
məmnunluq ifadə olunub.
Müdafiə
naziri qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı
məlumat verib.
Sonra
ölkələrimiz arasında ikitərəfli münasibətlərə
və qarşılıqlı maraq doğuran digər məsələlərə
dair fikir mübadiləsi aparılıb.
Görüşdə
Bolqarıstan Respublikasının ölkəmizdəki səfiri
xanım Maya Hristova iştirak edib.
Azərbaycan.-2015.- 11 fevral.- S.4.